07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“O adam xalqı iqtidara qarşı qaldırır” – Aqil Abbas

04 Sentyabr 2020, 10:19
Gündəm
A A
“O adam xalqı iqtidara qarşı qaldırır” – Aqil Abbas

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev ortaya elə bir “bomba” atıb ki, nə qurum bu sözün altından çıxa bilir, nə sosial media susur. BNA nümayəndəsinin taksi xidmətində vahid tarifin tətbiq olunması konsepsiyası haqda söylədiyi absurd fikirlər təbii olaraq cəmiyyəti ayağa qaldırıb. Üç gündür ki, sosial şəbəkələr H.Babayevi  tənqid edir. Məhz bu sitatlarına görə: “Taksi xidmətlərinin qiymətləri, demək olar avtobus qiymətlərinə bərabər olub, taksi xidmətlərindən əvvəllər olduğu kimi imkanlı insanlar istifadə etməlidir”.

 Yazıçı-deputat Aqil Abbas son günlər gedən müzakirələrə kəskin və konkret mövqeyini açıqladı. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, sovet vaxt hamı taksidən istifadə edə bilirdi: “Mən bu açıqlamanın mənasını anlaya bilmirəm, necə yəni əvvəllər olduğu kimi imkanlı adamlar taksidən istifadə etməlidir? Sovet dövründə tələbə də, fəhlə də taksiyə minirdi. O vaxt baha da deyildi, 60 qəpik idi, çox adam sürücüyə 1 manat verib düşürdü. Son illərdə bizdə taksi bahalaşmışdı. Amma elə ki, rəqabət yarandı, müxtəlif şirkətlər fəaliyyətə başladı, taksi xidmətində qiymətlər endi. Ona görə axır illər hamı üçün sərfəlidir, insanlar ucuz qiymətə mənzilbaşına gedib çıxırlar. Çünki avtobusa bir saata getdiyin yolu taksi ilə 15 dəqiqəyə çatırsan. Bunun varlı-kasıbla nə əlaqəsi? Ümumiyyətlə, sovetin dönəmində varlı-kasıb yox idi, demək olar  ki, hamı bərabər səviyyədə yaşayırdı. Ona görə taksiyə minmək varlılıq əlaməti sayılmırdı. Cəmi bir manat idi.  Tələbə ayda 10 dəfə taksiyə minə bilərdi. Ümumiyyətlə, 1987-ci ilə – maşınım olana qədər taksiyə minmişəm. Nadir hallarda avtobusa minmişəm. Həmişə taksi ilə gedirdim. Çünki basabasdan xoşum gəlmirdi. Bu, heç də Aqil Abbasın varlı olması demək deyildi”.

A.Abbasın fikrincə, BNA-nın taksidə vahid tarif sistemini tətbiq planı inhisarçılığa xidmət edir: “Görünür, taksi sahəsində ucuzlaşma sərf etmir, istəyirlər ki, monopoliya yaratsınlar, qiymətləri də qaldırsınlar. Dünyada görünməmiş  hadisədir. Həmin açıqlamanı verən adam bu qurumda nə işləyir, nə ilə məşğuldur, nə danışır, bilmək olmur. O, dediyi sözləri əsaslandırmalıdır. Necə yəni, imkanlı taksiyə minməli, mən piyada getməliyəm? Bu nə yanaşmadır? Ümumiyyətlə, həmin adam işdən çıxarılmalıdır. Çünki xalqı iqtidara qarşı qaldırır”.

Deputatın sözlərinə görə, Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi var: “Bu qurum monopoliyaya qarşı mübarizə aparır. Bu gün 10 min adam taksidən dolanır. Onlar da 10-16 saat işləyir. Taksi sürücüləri qazandığı pulla villa ala, adada dincələ bilməz, ancaq çörək puluna işləyir. Deyir ki, işə əli çatmır, gedib kreditlə maşın götürüb taksi işləyir. Bu nə açıqlamadır? Əgər zavod, fabrik yoxdursa neyləsin? Oğurluq etmir, adam qabağı kəsmir, halal zəhməti ilə ailəsinə çörək pulu qazanır. Adam kreditə maşın götürür, sonra ödəyə-ödəyə zülmlə pul qazanır”.

A.Abbas vahid tarifin əleyhinədir: “Taksidə vahid qiymət olar? Taksiyə sayğac qoyula bilər. Əhali buna görə pulunu ödəyər. Tutaq ki, gediş haqqı 3 manat 20 qəpik edir. Sürücü səndən 10 qəpik də artıq istəmir axı…Məsələn Türkiyədə sayğac sistemidir. Şirkətlər maşını özü verir. Bizdə də sayğac sistemi yaradıla bilər”.

Deputat təklif edir ki, əgər xarici taksi firmaları yerli bazarda hegemonluq edirsə, qiymətlərə diktə etməyi bacarırsa, o zaman daxildə sahibkarlara şərait yaradılmalıdır, şirkət açılmasına imkan verilməlidir: “Axı imkan vermirsiniz. Hansısa Məmməd dovğa istehsal edir, hökumətdən bir qəpik istəmir. Səhəri gəlib deyirlər ki, 20-30 min ver, istehsal üçün lisenziya al. Ona görə imkan yarat, qoy yerli taksi şirkətləri açılsın”.

Əvvəlki yazı

Söyüşcül bloqqerin məhkəməsi başlayır

Sonrakı yazı

Füzuli icra başçısının çiçəklənən tenderləri – Siyahı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.