Nüfuzlu maliyyə qəzeti SOCAR-ın Rumıniyadakı şirkətinin inkişafından yazdı

22 İyun 2018 - 19:53
343 oxunma
Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti “Ziarul Financiar” (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum S.A.”ın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazıb.
“Report”un verdiyi xəbərə görə, məqalədə qeyd edilir ki, Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən, 309 milyon manat) təşkil edib.
Rumıniyada 39 yanacaqdoldurma məntəqələrinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqələrində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatıb. Bu isə 2016-cı illə müqayisədə 10 faiz artıq göstərici deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi “OMV Petrom”, “Rompetrol”, MOL və “Lukoil” şirkətləridir.
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"