Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sosial şəbəkələrdə sinəsi medallarla dolu fotosu yayılıb.
Yayılan fotoyla bağlı S.Novruzov Unikal.org-a açıqlama verib. O bildirib ki, fəaliyyəti dövründə bir sıra medallarla təltif edilib.
Novruziv qeyd edib ki, bu müddət ərzində “Şöhrət”, I dərəcəli “Vətənə xidmət” ordeni, eləcə də Əfqanıstan və Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə görə medallara da layiq görülüb.
O bununla yanaşı SSRİ dövründə fəaliyyətinə görə də medallarla təltif edildiyini deyib:
“Mixail Qorbaçov məni SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə iki ordenlə təltif edib. General – polkovnik Şpankov adına Qvardiya məktəbini bitirmişəm”.