16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub? – Özəl

15 Sentyabr 2020, 10:01
Araşdırma, Banner
A A
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub? – Özəl

Paytaxtın Nizami rayon icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsindən sonra yol verdiyi nöqsanları, qanunsuz sərəncamları təftiş olunmaqdadır.

Reportyor.info-nun əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən Nizami İH-in fəaliyyəti ilə bağlı araşdırmalar gedir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Nizami rayonunda saldığı yaşıllıq ərazidə keçmiş icra başçısının restoran tikdirməsi də daxil olmaqla digər qanunsuz əməlləri, maliyyə maxinasiyaları araşdırılır.

Məlumatda deyilir ki, A.Qasımovla yanaşı Nizami İH-də digər vəzifəli şəxslərin də hansı qanunsuzluqlara yol vermələri incələnir.

İcra başçısının I müavini Qərib Məmmədov, müavin İldırım Mehdiyev, digər müavin Gülnaz İsrafilova A.Qasımovun vaxtında hansı sərəncamlara imza atıblar, hansı özbaşınalıqlara göz yumublar, Nizami rayonunda yolların, səkilərin, yaşıllıqların satılmasında nə kimi iştirakları olub, hamısı tək-tək araşdırılmaqdadır.

Hazırda rayona yeni icra başçısı təyin olunmayıb. Gözlənilir ki, araşdırmaların nəticəsindən sonra yeni İH rəhbəri göndəriləcək. Yeni icra başçısının isə adıçəkilən müavinlərlə işləyib-işləmək istəmədiyi sual altındadır. Bildirilir ki, A.Qasımov bütün əndazələri aşmasına görə prezidentin qəzəbinə tuş gəlib.

Araşdırmalar zamanı aydın olub ki, Bakıda ən çox qanunsuzluq, dərəbəylik, ərazilərin, küçələrin satışı məhz nizami rayonunda A.Qasımovun dönəmində qeydə alınıb.

Onunla yanaşı I müavin Qərib Məmmədov və müavin İldırım Mehdiyevin də məsuliyyət daşıdığı bildirilir. İddialara görə, Qərib Məmmədov, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev və Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Vaqif İmanov Arif Qasımovun ətəyindən bərk yapışıblar.

Bu məmurların A.Qasımovla əlaqələri, Nizami rayonunu qarış-qarış peşkəş etmələri dosye halında araşdırılmaqdadır. Həmçinin, icra başçısının varidatına əl qoyulması prosesi gedir. Onun əmlaklarının bir qismi ilə tanış olun:

– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş “Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən “Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

– Nizami rayonunda  yerləşən məşhur “Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;

– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də (“Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;

– Sabunçu rayonu, Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;

– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində (“Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;

– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.

– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa.

Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir.

Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan “Mercedes-Maybach”, 300-350 min dollarlıq “Gelendevagen Brabus”, 220 min dollarlıq “Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə “Range Rover Sport”, “Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da “qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;

– Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə “Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.

– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;

– Xızı rayonu, “6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;

– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.

Qeyd edək ki, A.Qasımov Nizaminin icra başçısı vəzifəsinə 22 sentyabr 2015-ci ildə təyin olunub. Bundan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

 

 

 

Əvvəlki yazı

İlham Əliyev: “Gənclərin beyini zəhərlənir, yoldan çıxarılır…”

Sonrakı yazı

Pandemiyada “Bilik günü” – Fotosessiya….

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.