Nikaha daxil olmaq istəyən 94 şəxsdə isə QİÇS aşkarlanıb – Bu ilin 8 ayında

3 Sentyabr 2019 - 13:17
93 oxunma

“Bu ilin 8 ayı ərzində nikaha daxil olmaq üçün 92340 nəfər müayinədən keçib”.

Bunu “Report”a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Onun sözlərinə görə, onlardan 2313 nəfərdə talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis, 94 şəxsdə isə QİÇS aşkarlanıb: “Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 30 olub.

Təkcə avqust ayı ərzində isə 9687 nəfərdə müayinə aparılıb. Müayinədən keçən 286 nəfərdə talassemiya daşıyıcılığı, 53 nəfərdə sifilis, 12 şəxsdə isə QİÇS aşkarlanıb: “Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub”.

Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 592153 nəfərdə qan müayinəsi aparılıb: “20548 cütlükdən birində talassemiya daşıyıcılığı, 219 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1870 nəfərdə sifilis, 549 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"