“Neftçi” – “Sumqayıt” oyununda ara qarışdı: məşqçi və futbolçular yumruq davasına çıxdı (FOTO)

1 Sentyabr 2019 - 23:11
397 oxunma
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, “Bakcell Arena”da “Neftçi” “Sumqayıt”ı qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 33-cü dəqiqədə “Sumqayıt”ın yeni transferi Mehdi Şərifi açıb. O, qapıçı Səlahət Ağayevin kobud oyunundan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Şərifi bununla da qollarının sayını 3-ə çatdıraraq, bombardir olub.
“Neftçi” bu qola 64-cü dəqiqədə kapitan Emin Mahmudovun dəqiq zərbəsi ilə cavab verib.
83-cü dəqiqədə Murad Xaçayev ikinci sarı vərəqə alaraq, qonaqları azlıqda qoyub. Meydan sahibləri say üstünlüyündən uzatma dəqiqələrində Stiven Jozef-Monrozun dəqiq zərbəsi ilə yararlana bilib. Bu qoldan sonra meydanda iki komandanın üzvləri arasında toqquşma baş verib. Nəticədə “Neftçi”nin məşqçisi Etibar Tanrıverdiyev “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov mübahisə edib. Referi hər iki oyunçunu meydandan qovub.
Bununla da ilk qələbəsini qazanan “Neftçi” xallarını 4-ə çatdırıb və 5-ci pilləyə yüksəlib. 3 xalı olan “Sumqayıt” isə 6-cı pilləyə enib.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"