“Neftçi” prezidenti keçmiş işçisini polisə verdi

12 Sentyabr 2019 - 16:03
123 oxunma

“Neftçi”nin prezidenti Kamran Quliyev polisə müraciət edib.

O, sentyabrın 7-də Bakı Şəhər Baş Polis idarəsinə ərizə verərək keçmiş əməkdaşından şikayətçi olub. Klub prezidenti ərizəsində qeyd edib ki, bir müddət öncə klubun İT-şniki Kamran adlı əməkdaşı işdən çıxarıb. Həmin şəxs isə klubun veb səhifəsinin əsas idarəetmə panelini təhvil verməyib. Ona bir neçə dəfə bununla bağlı müraciət edilsə də, idarəetmə panelinin məlumatlarını verməkdən imtina edib.

Faktla bağlı “Qorotdel”də araşdırma aparılır.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: “Həqiqətən belə bir hadisə baş verib. Həmin şəxs bizim klubda əvvəllər işləyib. Gedərkən isə saytın loqin və parolunu heç kimə verməyib. İndi də deyir ki, pul verin loqin və parolu verək. Bu səbəbdən də klub adından həmin adamı hüquq-mühafizə orqanlarına şikayət etmişik”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"