Nazirliyin 3 vəzifəli əməkdaşı həbs edildi

10 Yanvar 2019 - 22:45
199 oxunma

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Cəlilabad rayon Məşğulluq Mərkəzinin üç əməkdaşı korrupsiya faktına görə saxlanılıb.

Reportyor.info Vitualaz.org-a istinadən xəbər verir ki, mərkəzin direktoru Mehdi Abbasov, baş mühasibi Hafiz Məmmədov və aparıcı mütəxəssisi Ziya Muradov özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran 60 nəfərə yaxın vətəndaşa mal və materialların verilməsi üçün hərəsindən 1500-2000 manat rüşvət almaqda şübhəli bilinirlər.

Faktala bağlı cinayət işi qaldırılaraq araşdırma aparılır.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"