Nazirlikdə kadr dəyişikliyi – Şöbə müdiri vəzifəsindən azad edilib

18 İyul 2019 - 13:56
203 oxunma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

E-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri Məcidov Elnur Durmuş oğluvəzifəsindən azad edilib.

Məsələ ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Elnur Məcidov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb:

“Hazırda onun vəzifələrini Kənan Əkbərov icra edir”.

Qeyd edək ki, E.Məcidov 1976-cı ildə anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin bakalavr, 1997-1999-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2000-2004-cü illər Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu aspiranturasında təhsil alıb.

2000-2002-ci illərdə “XXI” Yeni Nəşrlər Evində kompüter mütəxəssisi vəzifəsində işləyib. 2002-2003-ci illərdə “Febus” MMC-də kompüter mütəxəssisi vəzifəsində işləyib. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentini bəyannamələr şöbəsində müfəttiş vəzifəsində işləyib.

2008-2011-ci illərdə “AZSoft” MMC-də direktor vəzifəsində işləyib.

2011-ci il 3 mart tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyin olunub. 2013-сü il 11 dekabr tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyası şöbəsinin müdiri təyin edilib.

2019-cu il 21 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışır. /modern.az

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"