Azərbaycanda ilk koronavirusa yoluxma faktı təsdiqlənib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmədov Modern.az-a açıqlamasında Azərbaycanda koronavirusa yoluxma faktını təsdiqləyib.
O bildirib ki, rəsmi qurumlar tərəfindən bütün zəruri tədbilər görülür: “Mütəmadi olaraq vətəndaşlara məlumatlar veriləcək”.
İ.Məmmədov bir az əvvəl Operativ Qərargahdan Modern.az-a verilən təkzib xəbərinin yanlışlıq olduğunu deyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova faktı təsdiqləyib, insanlara diqqətli olmağı tövsiyə edib.