Nazirin müşaviri, xidmət və şöbə rəisləri… –Sahil Babayev Səlim Müslümovun yaxın qohumlarını vəzifələrdən çıxardı

22 İyun 2018 - 23:56
753 oxunma

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra ciddi kadr dəyişiklikləri edib. 

Nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov və DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov vəzifələrindən azad olunublar.

Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb: “Onun yerinə isə Elman Cəfərov gətirilib”.

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir/Mia.az.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"