21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

NAZİR RAMİL USUBOVUN 70 İLLİK YUBİLEYİDİR – Təbrik məktubu

21 Dekabr 2018, 20:52
Gündəm
A A
NAZİR RAMİL USUBOVUN 70 İLLİK YUBİLEYİDİR – Təbrik məktubu

Azərbaycan Mətbuat Şurasının icraçı katibi, Daxili İşlər Orqanlarının sabiq əməkdaşı, polis polkovniki Şəmsəddin Əliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubova 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Çox hörmətli Ramil müəllim!
Cənab Nazir!

Daxili İşlər Nazirliyinə uzun müddət rəhbərlik etməyiniz, xalqın vahidliyini təcəssüm etdirən əbədiyaşar Heydər Əliyevin, onun layiqli davamçısı, qurucu Prezident Zati-aliləri cənab İlham Əliyevin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində səyləriniz, şərəflə, layiqincə çalışmağınız hər bir Azərbaycan vətəndaşı tərəfindən minnətdarlıqla qarşılanır.

Sevinir və qürur duyuruq ki, məhz Sizin rəhbərliyiniz dövründə cinayətkarlıqla aparılan qətiyyətli mübarizə nəticəsində respublikamız MDB ölkələri arasında öncül yerdə qərar tutur, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə də sonuncu sıralardadır. Bütün bunlar Sizin, hər bir zabitin, sıravi heyətin, eyni zamanda, polislə birgə çalışan digər hüquq-mühafizə orqanları əməkdaşlarının narahat gecələrinin, fədakar xidmətlərinin nəticəsidir.

ramil

Sevinirik ki, ali və şərəfli xidmətiniz Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilir, ölkənin ali mükafatlarına layiq görülmüsünüz. Xoş ovqatla yazdığım sözlərin ürəkdən və şəxsiyyətinizə məhəbbət hissləri ilə ərsəyə gəldiyini də qəbul edin.

Tərifəlayiq insanlar barədə həqiqəti söyləməmək ədalətə xələl gətirər. Siz yüksək vəzifə kürsüsündə, sabitliyin cəfakeş qoruyucusu, insaf, təmkin və mürüvvət sahibi kimi, cinayətkarlığa, dövlətçiliyə və konstitusion quruluşa təhlükə yaradanlara qarşı mübarizədə barışmaz mövqedə duran, vətəndaşların təhlükəsizliyini təmin edən yolun yorulmaz mücahidi olaraq hər zaman xalqımızın diqqət mərkəzindəsiniz.

Azərbaycan Polisi cinayətkarlıqla mübarizə siyasətinin həyata keçirilməsi zamanı kriminal ünsürlərə qarşı barışmaz mövqedədir. Bu əlamətdar gündə Sizin şəxsinizdə çoxminli kollektivi də təbrik etmək, şərəfli xidmətdə onlara uğurlar arzulamaq yerinə düşür. İnşaallah, Uca Tanrı Azərbaycan xalqının yaradılış cövhərinin ayrılmaz hissəsi olan əmniyyətin, vətəndaş həmrəyliyinin təminində həmişə köməyinizdə olacaqdır.

Allahdan arzum budur ki, dövlətimizin qalası, xalqın gələcəyi və səadət sevincinin zirvəsi olan konstitusion quruluşumuz möhkəm və əbədi olsun. Zəhmətinizin əvəzini Uca Rəbbimiz versin!

Cənab Nazir!
Əlamətdar hadisə, 70 illik yubileyiniz münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, şərəfli missiyanızın yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram. Allah Sizi qorusun, şərəfli ömrünüz uzun olsun!

Dərin hörmət və ehtiramla,
Şəmsəddin Əliyev,
Azərbaycan Mətbuat Şurasının icraçı katibi”.

Əvvəlki yazı

Hesablama Palatası daha iki dövlət qurumunun büdcə vəsaitlərindən istifadəsini yoxlayıb

Sonrakı yazı

Apellyasiya instansiyaları və məhkəmə kollegiyalarına təyinatlar olub – SİYAHI

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.