13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazir qaziyə xarab maşın verdi – Audio yazı

19 Sentyabr 2019, 11:37
Seçmə, Sosial
A A
Nazir qaziyə xarab maşın verdi – Audio yazı

Qarabağ Müharibəsi əlili, Berkut Asif ləqəbli Biləsuvar sakini Həşimov Asif Gülverdi oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən problemli avtomobildən imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Həşimov Asif Gülverdi oğlunun özü məlumat verib:

“Dedilər, sentyabrın 17-də avtomobili “Azsamand”ın zavoduna gətirim. Zavodda məni səmimi qəbul etdilər. Ancaq oranın iranlı rəhbəri bu məsələni ictimailəşdirməyimi mənə irad tutdu. Saytda bu haqda xəbər gedəndən sonra başqa media orqanları da məsələni işıqlandırdı. Dedi ki, biz zavoddan avtomobilləri saz vəziyyətdə veririk və sən də qəbul etmisən. Mən isə hələ maşını təhvil alanda onun nasaz olduğunu yerindəcə demişəm, ancaq deyiblər, problem deyil, düzələcək, ictimailəşdirmə. Bunların nə düşündüyü, nə etmək istədiyini anlamıram. Belə başa düşürəm ki, Qarabağ əlillərinə yuxarıdan-aşağı baxırlar”.

Qarabağ Müharibəsi əlili qeyd edib ki, zavodda avtomobilin bərpa olunub ona təhvil veriləcəyi bildirilib. Lakin heç zavodun ustası da maşının probleminə əncam qıla bilməyib:

“Mənə dedilər, maşını burada düzəldəcəyik. Saat yarım orada gözlədim. Bir yerini düzəltdilər, bir yeri qaldı. Ustaya dedim ki, səni and verirəm Allaha, səmimi de, sən bu vəziyyətdə olan maşını qəbul edərdin? Durub üzümə baxdı.

İranlıya da dedim ki, siz maşın düzəltmək üçün İrandan deffekt mallar gətirmisiniz. Mənə deyir ki, bu, necə olur, heç kimdə problem olmadı, bircə səndə oldu? “Bu maşın, bu da sən, qardaş, düzəlt ver”, – dedim. Qaldı ki, maşının sənəd məsələsi, pasportda “Xəzər” yazılıb, amma üzərində “Azsamand”ın loqosu var. Deyir yox e, bu onların atributudu, nədi, mənim başım çıxmadı. Bildiyim tək bir şey var, onlar bizi aldadır. Mənə verilən maşın sökülüb yenidən yığılmalıdır. Çünki başdansovdu edirlər. Ən azından Qarabağ əlillərinə hörmət qoymaq lazımdır. Rövşən Atakişioğlunun “Ayağım torpaqdan üzüləndə” kitabında 105-ci səhifədə mənim erməninin üzərindən 5 avtomat götürüb təhvil verməyimlə bağlı yaz var. Buna kimi onlara göstərdim ki, bəlkə ürəkləri yumşalar, əziyyətimə qiymət verələr. O da olmadı. Bizim çəkdiyimiz əziyyətlərə hörmətsilzik edirlər”.

Həşimov Asif maşını istehsal edən zavod rəsmilərinin dövlətin bu avtomobillər üçün ayrılmış pulundan istifadə etdiyini deyib:

“Texniki pasportda ən azından mənim ad-soyadım olmalı idi. Əgər bunlar doğrudan da bunu mənə veriblərsə, o xüsusi qeyddə niyə mənim adım yoxdu?! Belə çıxır ki, yalan danışırlar, avtomobili mənə təhvil verməyiblər. Maşını da yığa bilmədilər deyə, zavodda qoyub qayıtdım evə. Mənə dedilər, maşından imtina edirsən? Dedim, maşından imtina etmirəm, sırf bu maşından imtina edirəm. Çünki bu avtomobil yararsızdır. 3-5 gündən sonra dağılanda deyəcəklər ki, bu maşını niyə bu günə qoydun. Mən bu sözü eşitməmək üçün maşını orda qoyub çıxdım. Təsəvvür eləyin, maşının kuzovunun heç bir hissəsi bir-biriylə uzlaşmır, aralı qalır, içəri toz-torpaq dolur. Özləri də deyir ki, bütün maşınlar belədi, bundan artığı mümkün deyil. Yoxsa bizi ələ salırlar? Bunun yanında “Oka”ya min şükür. Dövlət niyə bu cür yararsız maşın üçün pul ayırmalıdır axı? İndi görün, dövlətimiz bu avtomobillər görə nə qədər pul ayırıb. İranlı da dedi ki, bizim pullarımız ödənib. Bunların pulu ödənibsə, yararsız maşınları bizə niyə verirlər? Sən pulu almısansa, pulun müqabilində iş görməlisən. Bizi bu hərəkətləri ilə aşağılayırlar. Bunlar başdansovdu iş görürlər və sadəcə pulu düşünürlər. Bizim adımızdan istifadə edərək pul yığırlar. Maraqlıdır ki, nazirlik yararsız maşını niyə qəbul edir?! Heç maşına aid təlimat kitabçası da yoxdur. İstədim, onu da vermədilər. Bu necə zavoddur, başım çıxmır”.

Qeyd edək ki, avtomobil Həşimov Asif Gülverdi oğluna 28 may 2019-cu il tarixində dövlət tərəfindən verilib. Maşında problem olması ilə bağlı Qarabağ qazisi bir çox dövlət orqanlarına şikayət məktubu ünvanlasa da, heç birindən cavab çıxmayıb.

Əvvəlki yazı

Hafiz Hacıyev mitinqə hazırlaşır, BŞİH isə…

Sonrakı yazı

Usubov prokuroru yanına apardı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.