Təhsil nazirinin müavini Firudin Qurbanov həm təhsillə “məşğuldur”, həm də bizneslə. Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib.
Reportyor.info xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Slovenyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu “Slatina” oteli yerləşir. Eyni ünvanda daha bir şirkət – HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur.
Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.. 2014-cü ilin iyulundan təhsil nazirinin müavindir.