Nazir müavini şimal meşələrini qırır, parket sexlərinə daşınır

28 İyun 2018 - 15:18
553 oxunma

 Quba və Xaçmazın meşələri kütləvi şəkildı qırılır. Reportyor.info AzEuroNews.com-a istinadən  xəbər verir ki, Xaçmazın Müşkür kənd ərazisində ağacları kəsərək yeşik və parket sexləri üçün daşıyırlar.

Yerli meşə idarəsinin göz yumduğu yaşıllıqların qırılması davam edir. Ümumiyyətlə, şimal bölgəsinin meşələri yeşik sexlərinə daşınır. Bu zonada 40-a yaxın yeşik sexi var.

Xaçmazdan verilən məlumata görə, parket sexlərinə meşələrin ağaclarını daşıyanlar aylıq 1000 manat yerli meşə idarəsinə xərac verirlər.

Amma bu, onların cərimələnməkdən sığortalamır. Əgər cinayət başında yaxalansalar, əlavə akt tərtib olunur və protokollaşdırılır, rəsmi şəkildə cərimə yazılır.

Bu cərimələr dərhal icra olunur və kiçik kubu azaltmaqla cərimələrin məbləğini kiçildirlər ki, cinayət işi açılmasın.

Nəticədə şimal zonasının meşələri kütləvi şəkildə məhv edilir, yaşıllıqlar keçəlləşir. Məsələn, ağac qənimlərindən birinin Quba rayonunda Qulu adlı şəxsin olduğu deyilir.

Hazırda Quba Meşə İdarəsinin baş meşəbəyi vəzifəsini daşıyır. O, əvvəllər qoruqdan odun satdığına görə işindən kənarlaşdırılmışdı.

Deyilənə görə, Qulu adlı baş meşəçi ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevə yaxındır.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"