20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazir: “20 minə yaxın vətəndaş ölkəyə qaytarılıb”

12 May 2020, 14:54
Siyasət
A A
Nazir: “20 minə yaxın vətəndaş ölkəyə qaytarılıb”

“Hamımız şahidi oluruq ki, pandemiya beynəlxalq səviyyədə əməkdaşlıq, qarşılıqlı yardım və əlaqələndirmənin səmərəliliyinin artırılmasının zəruriliyini açıq şəkildə nümayiş etdirdi. COVID-19 dünyanın qlobal böhranlara hazırlığının bir növ sınağına çevrildi”.

Xarici İşlər Nazirliyindən (XİN) Reportyor.info-ya verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün videokonfrans şəklində keçirilmiş MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan həm ölkədə, həm də dünyada koronavirus pandemiyası ilə mübarizədə fəal rol oynayır.

“Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizəyə könüllü ianə olaraq 10 milyon ABŞ dolları ayırıb. Azərbaycan, eyni zamanda, ayrı-ayrı ölkələrə də maddi və maliyyə yardımı göstərir. Azərbaycanın koronavirusun ölkə daxilində yayılmasının qarşısını almaq üçün atdığı operativ və qabaqlayıcı addımlar barədə məlumatı diqqətinizə çatdırmaq istərdim. Yaranmış şərtlərə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Belə ki, fevral ayında Azərbaycan Respublikası ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsi və yayılmasına dair ilkin xəbərdarlıq üzrə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Mart ayının əvvəlindən etibarən ölkədə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Ölkədə planlaşdırılan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Mart ayının ortalarında bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi bir rejim tətbiq edildi və martın ayının sonlarından etibarən ölkədə xüsusi karantin rejimi tətbiq olundu.

Bu gün Azərbaycan hökuməti yaranmış presedenti olmayan çətinlikləri uğurla aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görür. Dövlətin bütün resursları səfərbər olunub və müəyyən olunmuş məqsədlərə nail olmaq üçün onlardan səmərəli şəkildə istifadə olunur.

Ölkə sərhədindən kənarda qalmış vətəndaşlarımızın təxliyəsi böhran şəraitində ən vacib vəzifələrdən birinə çevrilib. Hazırda yaranmış vəziyyətdə vətəndaşlarımızın digər ölkələrdən geri qaytarılması üçün bütün lazımi tədbirlər görülüb. Bu tədbirlər davam etdirilir və hazırda 20 minə yaxın Azərbaycan vətəndaşı vətənlərinə qaytarılıb”, – deyə Azərbaycan XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, dövri sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərin nəticəsi müsbət olub və son üç həftə ərzində Azərbaycanda müsbət tendensiya müşahidə olunur: “Yəni, koronavirusdan sağalmış insanların sayı yoluxmuş insanlardan çoxdur. Ölüm hallarının nisbətinin aşağı olması işin müsbət istiqamətdə aparıldığını göstərir. Mayın ayının 4-dən etibarən Azərbaycan məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının ikinci fazasına keçib. Hesab edirəm ki, MDB, COVID-19 koronavirus infeksiyasının yayılması ilə mübarizədə birgə səyləri müzakirə etmək, habelə milli səviyyədə həyata keçirdiyimiz tədbirlərlə bağlı təcrübə mübadiləsi, lazımlı vaxtda bir-birimizə dəstək nümayiş etdirmək və xalqlarımız arasında həmrəyliyi gücləndirmək üçün vacib bir platformadır”.

Əvvəlki yazı

Partiya sədri həbslərin davamını istəyir

Sonrakı yazı

DTX nazirlikdə belə əməliyyat keçirdi – Video

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.