Naxçıvanda Azərbaycan əsgəri həlak olub – Müdafiə Nazirliyindən açıqlama

10 Avqust 2019 - 12:52
65 oxunma

Milli Məclisin deputatı Adil Əliyev Naxçıvanda bir Azərbaycan əsgərinin öldüyü barədə məlumat verib. O,i bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Deputatın yazdığına görə, Naxçıvanda, N saylı hərbi hissədə atəşkəsin pozulması nəticəsində Ordubad rayonu, Unus kənd sakini, müddətdən artıq həqiqi hərbi qulluqçu Yusifov Vüsal Nizami oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi hərbçi Vüsal Yusifovun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Lakin Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a bildirib ki, Vüsal Yusifov Ermənistan ordusu ilə atışmada ölməyib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"