Nardaranda oğul anasını boğub öldürdü, meyitini yandırdı

20 May 2019 - 13:26
61 oxunma

Sabunçu rayonunun Nardaran qəsəbəsində ötən həftənin şənbə günü 77 yaşlı anasını boğan, ardınca isə meyitini yandıran oğul həbs olunub.

Reportyor.info-nun xəbərinə görə, anasını öldürməkdə şübəli bilinən Tahir Bağırov hadisədən sonra qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanıb.

Nardaran qəsəbəsi sakinləri Bağırovlarla bağlı virtualaz.org-a danışıblar. Onların sözlərinə görə, 49 yaşlı T.Bağırov ailənin yeganə oğul övladı olub. Anası, həyat yoldaşı, 19 və 16 yaşlı övladları ilə birgə hadisənin baş verdiyi ünvanda – Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayıb.

“Bağırovlar ailəsi əslən Maştağa qəsəbəsindəndir. Uzun illərdir ki, Bağlar massivində yaşayırlar. Qəsəbədə bu ailəni heç kim problemli ailə kimi tanımayıb”, – adının açıqlanmasını istəməyən qəsəbə sakini danışıb. Onun sözlərinə görə, qətlə yetirilən Rübabə Bağırova yaşlı olsa da, kəndin xeyir-şər məclislərində fəal iştirak edib. Son vaxtlar oğlunun özünə qapanmasından, evdən bayıra çıxmaq istəməməsindən gileylənib. Amma heç vaxt oğlunun onu incitməsindən şikayətlənməyib: “Qadını çox adam tanıyır, ünsiyyətcil biri idi. Ailədaxili münaqişlərdən şikayətlənməyib. Oğlu da sakit, öz işində-gücündə olan adam idi. Buna görə də, baş vermis qətl hadisəsi hər kəsi şoka salıb. Görünür, Tahir psixoloji gərginlik keçirib”, – qəsəbə sakini əlavə edib.

Ailənin gəlini də sakit və ünsiyyətcil biri kimi xarakterzə olunur.

Qeyd edək ki, hadisə mayın 18-də baş verib. Məlumatda bildirilir ki, 77 yaşlı Rübabə Bağırova oğlu Tahir Bağırov tərəfindən boğularaq öldürülüb. Anasını boğub öldürən oğul daha sonra onun meyitinə ağ neft tökərək yandırıb. İlkin məlumata görə, qətlə ailə münaqişəsi səbəb olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"