13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“NANKOR SAHİBKAR” VƏ “VİCDANLI XƏBƏRÇİ” – Vergilər Nazirliyi yeni “iş yerləri” açır…

26 Dekabr 2018, 11:37
Cəmiyyət
A A
“NANKOR SAHİBKAR” VƏ “VİCDANLI XƏBƏRÇİ” – Vergilər Nazirliyi yeni “iş yerləri” açır…

Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın son açıqlaması Azərbaycanın vergi sisteminin “inqilabi dəyişikliklərin” astanasında olduğunu bir daha təsdiqlədi.

Nazirliyin xanım sözçüsü deyib ki, Azərbaycanın vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub: “Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər…”

“Nankor sahibkar” və “vicdanlı xəbərçi”

Məlum olduğu kimi, 2019-cu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minəcək. Ancaq əvvəllər də qeyd etdiyimiz kimi, sahibkarların olduqca böyük əksəriyyətinin bu dəyişikliklərin mahiyyətindən xəbəri yoxdur. Və Vergilər Nazirliyi də bu dəyişiklikləri geniş şəkildə izah etməkdə, bir-bir sahibkarlara çatdırmaqda həvəsli görünmür. Əvəzində, çox böyük həvəslə qadağalar, hədə-qorxular və cərimələr təşviq olunur. Elə Samirə xanımın “vergi xəbərçiliyi” barədə dedikləri də bu prosesin tərkib hissəsidir.

Deməli, belə çıxır ki, vergi orqanı sahibkara təzyiq vasitələri axtarışını davam etdirir. Və təəssüf ki, bunu hətta vətəndaşları üz-üzə qoymaq vasitəsilə də həyata keçirməyə hazırdır. Deməli, bundan sonra onsuz da qeyri-müəyyənlik, səksəkə içərisində işləyən, banklardan 78 qəpiyə götürüb, bugün 1.70 manata dollar krediti qaytaran, hər yeni dəyişiklikdən yalnız təhlükə gözləyən, istənilən an hansısa icra strukturunun tələbilə işindən, biznesindən məhrum olunan, hətta obyektinin sökülə biləcəyini anlayan sahibkar, bir tərəfdən də özünü “vergi xəbərçilərindən” qorunmalıdır!

Vergi orqanının mövqeyindən belə anlaşılır ki, guya vergi qanunvericiliyi mükəmməldən də mükəmməl vəziyyətdədir, qanunun qarşısında bütün sahibkarlıq subyektlərinin bərabərliyi təmin edilib, heç kim imtiyazlara sahib deyil, sahibkarlara olduqca komfort vergi və iş mühiti yaradılıb və sair. Kefindən vergidən yayınan sahibkarlar isə kütləvi şəkildə “qaz vurub, qazan doldururlar”! Ancaq bunun qarşılığında həmin bizim “nankor” sahibkarlar qazandıqlarından dövlətin “qəpik-quruş” təşkil edən vergisini ödəmək istəmirlər, elə buna görə də, Vergilər Nazirliyinin “vicdanlı vergi xəbərçiləri”nə böyük ehtiyacı yaranıb. Doğrusu, bu yerdə məşhur filmdə deyildiyi kimi, “adamı gic gülmək tutur…” Axı guya vergi orqanı bilmir ki, bugün böyüklü-kiçikli ticarət obyektlərinin böyük əksəriyyətində real dövriyyə gizlədilir? Guya bilmir ki, muzdlu işçilərin də böyük hissəsinin əmək müqaviləsi yoxdur, olanlarda da əmək haqları aşağı məbləğlərdə göstərilir və sair? Buna “xəbərçi” nə lazım?

Vergilər Nazirliyi yeni iş yerləri açır?

vergiler-nazirliyi-vergiler-nazirliyi

Məlumat üçün qeyd edək ki, vergi orqanının bütün ərazilər üzrə kuratorları var. Və bu əməkdaşlar onlara həvalə olunan ərazidəki ən kiçik mağazadan tutmuş böyük restoranlara qədər, kimin hansı məbləğdə real dövriyyəsinin, neçə işçisinin olduğunu, nə qədər icarə haqqı ödədiyini və yeri gələndə nə qədər aylıq gəliri, yaxud ziyanı olduğunu çox gözəl bilirlər. Bu sistem hələ özü və ətrafı “yedikcə şişən” və “şişdikcə” bütün əndazələri aşan Fazil Məmmədovun vaxtında qurulub. Görün vəziyyət nə yerə çatmışdı ki, F.Məmədovun iri çaplı məmurları o vaxtkı MTN-ə sahibkarlara dair məlumatlar ötürürdülər. Yəni demək istədiyimiz odur ki, Vergilər Nazirliyi özü boyda məlumat bazasıdır və onun hansısa “vergi xəbərçisinin” xəbəri əsasında yoxlama aparması olduqca absurd görünür!

Məsələnin ən çox təəssüf doğuran məqamı isə xanım məmur tərəfindən sahibkar barədə “xəbər satan” vətəndaşın “mükafatlandırılması” anonsunun verilməsidir. Əgər doğrudan da xəbərçiliyə görə mükafat veriləcəksə, kim təminat verə bilər ki, onsuz da son zamanlar satıb-satılmağa xeyli meyllənən bir toplumun bu formada “həvəsləndirilməsi” sabah Vergilər Nazirliyinin qapısında qazanc naminə qardaşını da satmağa hazır olanlardan ibarət böyük bir növbənin yaranmasına səbəb olmayacaq?! Bəlkə nazirlik öz qarşısına bu yolla “yeni iş yerləri” açmaq məqsədi qoyub?

Doğrudur, hər bir kəsin aldığı mala görə çek, yaxud hansısa maliyyə sənədi istəmək haqqı, yaxud istənilən muzdlu işçinin sahibkardan onunla əmək müqaviləsi bağlamasını tələb etmək hüququ var. Bunlar təmin edilmədikdə, təbii ki, vətəndaşın vergi orqanına müraciət etməsi normal haldır. Ancaq belə müraciətlərin mükafatlandırılması Azərbaycan reallıqlarında biraz anormal görünmürümü?

Onu da xatırladaq ki, yeni məcəllənin sahibkarlar üçün “sürprizləri” sırasında sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanlarının məhdudlaşdırılması, bununla da hesabatların, mühasibatlıq işlərinin çoxaldılması, cərimələrin və maliyyə sanksiyalarının 2, bəzi hallarda isə 5 dəfə artırılması kimi “novatorluq nümunələri” var. Göründüyü kimi, bunlara “mükafatlı vergi xəbərçiliyi” də əlavə olunmaqdadır.

Və bütün bu “həngamələrdən” sonra hörmətli nazir müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə danışarkən deyib ki, “məcəllədə bütün dəyişikliklər sahibkarların xeyrindədir…”

Cəlal Məmmədov
AzPolitika.info

Əvvəlki yazı

Hicran Hüseynovanın müavininə görə camaat küçələrə çıxardı – Video/Aksiya

Sonrakı yazı

“Zaminbank”ın sabiq filial müdirinə cinayət işi açıldı –Nədə ittiham olunur?

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.