Namiq Qaraçuxurlunu şantaj ediblər – 300 min

19 Sentyabr 2019 - 16:23
99 oxunma

“Elə sənət adamları var ki, yazıqlığı uğurlu addım hesab edirlər. İnsanlar var ki, illərlə camaatın hissiyatı ilə oynayıb, saymazlıq edib, bir dəfə çıxır ağlayır, hər şey bitir. Millətimiz rəhmlidir. Əvvəllər bir müğənni haqda qara pr edirlər, 1-2 ay sonra unudulur”.

Axşam.az xəbər verir ki, bu sözləri “5/5” proqramında qonaq olan meyxanaçı Namiq Qaraçuxurlu deyib.

O, dəfələrlə şantaj edildiyini bildirib: “Məni çox şantaj ediblər. Axırıncı dəfə 300 min pul istəmişdilər. Dedim ki, nəyim varsa, ortaya qoy. Onu tamaşaçı bilməməlidir. Əllərində hər şey ola bilər. Qorxmadım. Bilmirəm axı nəyi nəzərdə tutur. Dediyim kimi, elə şeylər var ki, 1 həftə, 10 gün danışılacaq.

Elə müğənnilər var ki, nələri çıxdı, indi heç kimin yadında deyil. Əksinə, onları toylara çox çağırırlar. Belə şeylər həyatımızda çoxdur. İnsanlara bunu göstərmirik. Amma elələri var ki, bunu imic olaraq istifadə edir”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"