Bakının Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ağaclıq ərazi məhv edilib.
Reportyor.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunanlara görə, ağacları “Yaşam Residence” MTK qırıb. Belə ki, MTK sözügedən ərazidə hündürmərtəbəli binanın inşasına başlayıb. Bu səbəbdən də bayram günlərindən istifadə edən şirkət ağacları qırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə nazirlik məsələdən xəbərardır və qeyri iş günü olduğundan ilk iş günü məsələ ilə bağlı araşdırma aparılıb məlumat verəcəyik…
Qeyd edək ki, ötən aydan mətbuatın diqqətində olan sözügedən ərazidə “Yaşam residence” MTK tərəfindən şam ağacları məhv edilib, yerində bina tikintisinə başlanılıb. Maraqlısı ondadır ki, ağaclar bayram günləri qırılaraq daşınıb. Bir sözlə, “Yaşam residence” MTK ərazini hasarlayıb, zeytun ağacı məhv edib, yerində tikinti aparır.
Həmin ərazidən görüntüləri sizlərə təqdim edirik.