Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin qohumu olması və saxlanılması barədə yayılan məlumatlar doğru deyil.
Musavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Nərmin Quliyevanın əmisi Lətif Quliyev məlumat verib. O bildirib ki, nə qohumlarından, nə də digər şəxslərdən heç kim saxlanılmayıb.
Mərhumun dayısı da açıqlamasında yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.
****
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu Teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib. Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.