21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Nə oldu, bizə bir klub tapılmadı?” – Vüqar

28 Oktyabr 2019, 16:17
İdman
A A
“Nə oldu, bizə bir klub tapılmadı?” – Vüqar

Milli komandamız və “Qarabağ”ın sabiq üzvü Vüqar Nadirov Qol.az saytına müsahibə verib. O, yeni təyinatı, gələcək karyerası və Azərbaycan futbolunun bugünkü durumu haqda sualları cavablandırıb.

– Bugünlərdə Regionlar Liqasında yarışan “Baku Sporting” klubuna idman direktoru təyin olundun. Təyinat necə baş tutdu?

– Təyinat məsələm belə oldu ki, U-17 komandasıyla ulduzlar arasında yoldaşlıq oyunu keçirilirdi. Ulduzların heyətində aktyorlar, müğənnilər, futbolçular vardı. Məni də əməkdar artist Səlim Abbasov dəvət etmişdi. Oyun bitdikdən sonra Səlim mənə zəng etdi ki, klubun rəhbərliyi səninlə görüşmək istəyir. Çox sağ olsun Səlim, “Baku Sporting”lə əməkdaşlığı o təşkil etdi. Getdik danışdıq, bütün detalları müzakirə etdik və ortaq məxrəcə gəldik. İndi də işə başlamışıq, yavaş-yavaş hər şeyi bərpa edirik. Çalışırıq ki, gələcəkdə uşaq futbolu üçün hər şeyi edək. Bizim yaralı yerimiz uşaq futboludur.

– Həmişə meydanda olmuş biri kimi idarəçi işləmək çətin olmayacaq?

– Xeyr, çünki bu, mənim öz işim, fəlsəfəmdir. Neçə illərdir ki, həm futbol oynayıram, həm də bir çox rəhbərlik, məşqçi ilə işləmişəm. Hər bir şeyi görə-görə gəlmişəm. Futbol mənim işimdir. Başqa işlə məşğul ola bilmərəm ki. Futbolu necə oynamışamsa, indiki işimi də elə davam etdirmək istəyirəm.

– Son olaraq, Region Liqasında “Baku City” klubunda oynamısan. Futbolçu karyeranı bitirmisən, yoxsa?

– Hələ futbolçu karyeramı bitirməmişəm. Özüm öncədən kluba dedim ki, karyeramı bitirməmişəm. Ola bilər ki, təklif gəlsə, oynayım. Hələ ki, gözləyirəm.

– Vaqif Cavadov bu yaxınlarda İctimai Televiziyada qonağ olduğu verlişdə deyirdi ki, Vüqar da, Kamran Ağayev də futbol oynamalıdır, onlara klub tapılmalıdır.

– Əlbəttə, Vaqifin sözüylə razıyam. Nə oldu, bizə bir klub tapılmadı? Çempionatda 8 komanda olduğu üçün mən də klubları qınamıram. Uşaqlar çoxdur, yer olmur komandalarda. Həyatdır da, hamının başına gəlir. Heç kim sabah nə olacağı haqda siğortalanmayıb. Elə deyilmi? Buna görə də irəli baxmaq lazımdır. Nə qalıbsa, arxada qalıb.

– Böyük meydana qayıdacağına ümidin varmı?

– Əlbəttə, var. Həyatdır, hər şey ola bilər.

– Regionlar Liqasında bir müddət çıxış etdin. Bu liqanın səviyyəsi haqda nə düşünürsən?

– Mənə elə gəlir ki, Regionlar Liqasında azarkeş sayı çox idi. Sonuncu final oyununda da gördük ki, Qusarda oyuna baxmaq üçün nə qədər azarkeş gəlmişdi. Get-gedə klubları sayı da artır. Bu da futbolumuzun inkişafına bir damcı da olsa xeyirdir.

– Bəs, hazırkı Premyer Liqamızın durumu haqda nə düşünürsən? Nəzərə alsaq ki, rəqabət daha da azalıb.

– Məncə, hazırda “Qarabağ”la “Neftçi” arasında fərq çox olsa da, hiss olunur ki, “Neftçi” yavaş-yavaş özünə gəlir. Hər bir halda, çempionatın səviyyəsi ilə bağlı işlərə biz qərar vermirik. Bizim işimiz başqadır. Amma onu deyə bilərəm ki,  8 komandalı çempionatdır deyə çox futbolçularımız kənarda qalıb. Komanda çox olsa, bütün uşaqlar oynayar, çempionat da maraqlı olar. Məsələn, 16 komanda iştirak etsə, yaxşı olar. Bölgələrdən də klublar olmalıdır. Çempionatda nə qədər futbolçu yetişdirmiş Yevlax, Lənkəran, Tovuzdan komanda oynamalıdır.

– Səncə, bu vəziyyət hansı nəticələrə gətirib çıxara bilər?

– Məncə, yaxşı olacaq. AFFA da hiss edir ki, komanda sayı artırılmalıdır.

– Milli komandamız bu seçmə mərhələdə uğursuz çıxış edir. 6 oyuna cəmi 1 xal toplayaraq, sonuncu pillədə qərarlaşıb. Eyni zamanda, U-21 yığmamız da heç də ürəkaçan nəticələr qazanmayıb. Necə düşünürsən, əsas günahkar kimdir: baş məşqçi, futbolçular, federasiya?

– Xeyr, heç biri günahkar deyil. Oyunçularımız qol da vurdu, hakim saymadı. Əsas vacib məsələ çempionatda klub sayının artırılmasıdır. Futbolçular nə qədər çempionatda çox oyun oynasa, o qədər yaxşıdır. Bir oyun 40 dəfə məşq etməyə bərabərdir. Azarkeşlərin tənqid etməsi də normal haldır. Onlar istəyir ki, milli komandamız qələbələr qazansın. Çalışmaq lazımdır ki, həm milli komandalarımız, həm də klublarımız özlərini yaxşı tərəfdən göstərsinlər.

– Ötən il bizə verdiyin müsahibəndə futboldan gedəndən sonra sənə qarşı ögey münasibət yarandığını demişdim. Bu vəziyyət hələ də eyni qalır?

– Ögey deyəndə ki, bu, həyatın qanunudur. Bunu da heç kim dəyişə bilməz. İstər-istəməz görünməyəndə, üzdə olmayanda yaddan çıxıb gedirsən. Mən də heç kimdən incimirəm. Çalışıb, ayaq üstə qalmaq lazımdır.

– Sabiq komandan “Qarabağ”la indi də əlaqələrin qalırmı?

– Bəli, qalır.

– “Qarabağ” bu mövsüm Avroliqada qrupdan çıxmaq üçün yaxşı imkan qazanıb. Sən necə düşünürsən?

– Mən onlara inanıram. Belə oyunlar bizim vaxtımızda da olub. İnanıram ki, “Qarabağ” qrupdan çıxacaq və sevinən tərəf biz olacağıq.

– Son olaraq, məşqçiliyə başlamaq fikrin varmı?

– Hələ məşqçilik haqda heç nə düşünmürəm. Amma çalışacağam ki, UEFA kateqoriyalarını alım. Yəni, ziyanı yoxdur, qalsın. Amma hələ ki, futbol oynamaq istəyirəm.

Əvvəlki yazı

Sergey Şoyqu Bakıya gələcək – Səbəb

Sonrakı yazı

Əli Həsənov: “Başdan-ayağa çirkab içində boğulan bu adamlar…”

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.