Müxtəlif illərin qanlı yanvar ayında başımıza gələn terror hadisələri -Araşdırma

12 Yanvar 2019 - 22:26
1091 oxunma

2001-ci ildə, sentyabrın 11-də Amerikaya məlum hücum oldu. Bunun əvəzi olaraq, bu gün də Şərq başdan ayağa qan ağlayır, axan qanın ardı kəsilmir. Bütün dünya bu terror hadisənin bədəlini ödədi. Ancaq bütün dünyanın gözü qarşısında bizim başımıza gələnlərə bütün dünya susur. Bunun da, milli, dini, siyasi, sosial və başqa səbəbləri var.
Buna görə də, başımıza gələnləri bəzi fövqəlgüclərin gözünə soxmaq üçün apardığım balaca araşdırmanı sizin diqqətinizə çatdırım. Bu təkcə müxtəlif illərin yanvar ayında başımıza gələn terror hadisələridir. Hansı ki, Ermənistan dövlət olaraq, bu terroru həyata keçirənlərin bir çoxunu milli qəhrəman edib, onlara heykəl qoyub, adlarına küçələr var.
Buyurun, tariximizi unutmayaq, unutdurmayaq.

1 yanvar 1906-cı il
Erməni quldur birləşmələri Azərbaycanın Ağdam rayonunun Papravənd kəndinə basqın etmiş, kənd sakinlərini son nəfərinə kimi qırmışlar. Kənddə olan kişilərin başı kəsilmiş, hamilə qadınların qarınları qılıncla doğranmış, hələ dünyaya gəlməmiş uşaqlarının başları vurulmuşdur. Bu terror hadisəsinə Andronik rəhbərlik etmişdir.

01-06 yanvar 1918-ci il:
Daşnak terror qrupları Qətranlı (hazırda Türkiyə ərazisində) kəndinə və onım ətraf oymaqlarına basqınlar edirlər. Valideynləri qətlə yetirilmiş 1400 uşağı bir yerə toplayıb Qətranlı kəndinin mərkəzi meydanında diri-diri yandıraraq törətdikləri əməldən vəhşanə həzz alırlar;

01 yanvar 1919-cu il:
Qarakənddə məskən salmış daşnak terror qrupu Ağdam-Qaryagin yolunda biçarə qaçqınlara basqın etmişdir. Sayı qeydə alınmayan qətliamlar törətmişlər

01 yanvar 1920-ci il:
Daşnak terror qrupu Üçmüəzzin mahalının Əxis kəndinə basqın edir. Sayı qeydə alınmayan qətllər törədirlər. Kənd əhli yurd-yuvasından didərgin salınır.

01 yanvar 1990-cı il: Ağdam – Şuşa yolu ilə hərəkət edən avtobuslar daşnak təxribatçıları tərəfindən daşa basılır.

01 yanvar 1992-ci il: Daşnak terror qrupu Ağdamın Çuxurməhəllə kəndinə hücum edir. Dörd nəfər həlak olur, 28 nəfər yaralanır.

01 yanvar 1992-ci il:
Daşnak terror qrupu Laçının Təzəkənd yaşayış məntəqəsinə basqın edir. Dinc sakin Orucov Rafiq Həsən oğlu qətlə yetirilir.

02 yanvar 1990-cı il:
Ağdamdan Şuşaya gedən 5 sərnişin avtobusu daşnak terrorçularının hücumuna məruz qalır. 25 nəfər xəsarət alır. 3 maşın yandırılır, sərnişinlər qarət olunur.

02 yanvar 1992-ci il:
Daşnak terrorçuları tərəfindən Xocalı şəhərinə gedən elektrik xətti partladılır. Bununla şəhərin elektrik enerjisi ilə təminatına son qoyulur.

02 yanvar 1992-ci il:
Daşnak terror qrup və birləşmələri tərəfindən Ağdamın Əhmədavar, Çuxurməhəllə, Xıdırlı, Şelli, Abdal-Gülablı kəndləri atəşə tutulur. Əhmədavar kəndində 2 nəfər yaralanır.

02 yanvar 1992-ci il:
Daşnak terror qrupu Goranboy rayonunun Todan kəndini atəşə tutur. Bir nəfər həlak olur.

03 yanvar 1804-cü il:
Erməni millətindən olan quldurbaşı Qriqor Manuçaryan özünün 500 nəfərlik dəstəsi ilə Gəncənin qaniçən çar generalı Sisianov tərəfindən işğal edilməsində yaxından iştirak etmiş, yüzlərlə dinc şəhər sakininin qətlə yetirilməsində öz nankorluqlarını və xəyanətlərini işə salmış və sübuta yetirmişlər. Təkcə bir faktı göstərmək kifayətdir ki, çar ordusunun əsgərləri erməni fitnəkarlığı ilə cümə məscidinə sığınmış 500 nəfər azərbaycanlını ləzgi adı altında qətlə yetirmişlər.

03 yanvar 1919-cu il:
Daşnak terrorçuları Zəngəzurun Qatar kəndinə basqın etmişlər. Kənd əhalisinin yurd-yuvasından didərgin salmışlar. Sayı qeydə alınmayan qətliam törətmişlər. Məşədi Qələndər kişini camaatın gözü qabağında üstünə neft töküb diri-diri yandırmışlar. Kərbəlayi Allahverdinin isə başını kəsərək qətlə yetirmişlər.

03 yanvar 1920-ci il:
Daşnak terrorçuları Zəngəzurun Saldaş kəndinə həmlə edirlər. Bir nəfər Azərbaycan türkünü qətlə yetirirlər.

03 yanvar 1920-ci il:
Gorusda yerləşən daşnak terror birləşməsi Zəngəzurun Əliquluuşağı kəndinə basqın edir. Ölən və yaralananlar olur. Əhali doğma od-ocağından didərgin salınır. Kənd sakinləri yurd yerlərinə ancaq 1920- ci ilin aprel-may aylarında qayıda bilirlər.

03 yanvar 1990-cı il:
Daşnak terror qrupu Əsgəranın Cəmilli kəndinə basqın edir. Dinc kənd sakini Yunis Abbasov yaralanır.

03 yanvar 1990-cı il:
Daşnak terrorçuları Xankəndində hərbi xidmətdə olan azərbaycanlı zabit leytenant Əzizovu girov götürürlər.

03 yanvar 1990-cı il: Daşnak terrorçuları Kərəmli kəndinin (Ağdərə) çobanı Əşrəf Cəfərovu girov götürürlər. Otardığı qoyun sürüsünü də özləri ilə çəkib aparırlar.

04 yanvar 1990-cı il:
Daşnak terrorçusu Sərkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi qrup Əsgəran-Ağdam şosse yolundakı dəmir-beton körpünü partladır.

04 yanvar 1992-ci il:
Daşnak terrorçuları Şuşa şəhərini atəşə tuturlar. Bir nəfər dinc sakin ağır qəlpə yarası alır.

04 yanvar 1992-ci il: Daşnak terrorçuları Ağdərənin Bağbanlar kəndinə basqın edirlər. Bir polis əməkdaşı ağır güllə yarası alır.

04-05 yanvar 1993-cü il:
Daşnak terrorçuları Füzuli rayonunun Dördlər və Aşağı Veysəlli kəndlərinə həmlə edirlər. İnsan tələfatı və dağıntılar olduğu qeydə alınır.

05 yanvar 1990-cı il: Daşnak terrorçuları tərəfindən Şuşaya su verən boru kəməri təkrar partladılır.

05 yanvar 1992-ci il:
Ağdamın Mərzili kəndi daşnak terrorçuları tərəfindən atəşə tutulur. 1 nəfər yaralanır.

06 yanvar 1919-cu il:
Andronikin daşnak terror qrupu Zəngəzurun Rəzdərə, Əsgərli və Vəlili kəndlərinə basqın etmiş, kəndlər yerlə- 30 yeksan edilmiş, həmlədən qaçıb canını qurtara bilməyən əhali yaşından və cinsindən asılı olmayaraq bütünlüklə məhv edilmişdir.

Qeyd: Ümumiyyətlə, 1917-ci ilin dekabr ayından 1918-ci ilin sentyabrınadək Tayqulaq Andronik, Dro, Nijde başda olmaqla daşnak terror qrupları tərəfindən Zəngəzurun 115 kəndi yerlə-yeksan olunmuş, 2276 qadın, 2196 uşaq daxil olmaqla 10068 nəfər Azərbaycan türkü məhv edilmiş, sağ qalan əhali ellikcə yurd-yuvasından didərgin salınmışdır;

06 yanvar 1904-cü il:
Daşnak terrorçuları erməni təxribatlarının qarşısını almağa cəhd göstərdiklərinə görə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru Andreyevi və 15 məmurunu qətlə yetirmişlər;

06 yanvar 1918-ci il:
Daşnak terrorçuları Zəngəzur qəzasının Qarakilsə kəndində türk qətliamı törədirlər. 165 dinc sakini amansızlıqla qətlə yetirirlər.

06 yanvar 1920-ci il:
Daşnak terror qruplaşması Dərələyəzin Bilək kəndinə basqın edir, 50 kişi, 50 qadın və 25 uşaq qətlə yetirilir. Kənd tamamilə dağıdılır.

06 yanvar 1920-ci il:
Daşnak terror qrupu Şörəyel mahalının Düzkəndinə basqın edir. 86 nəfər dinc sakin qətlə yetirilir.

06 yanvar 1990-cı il:
Daşnak terrorçusu tərəfindən Ağdam şəhər avtovağzalının binasında partlayış törədilir. İki nəfər – avtovağzalın kassiri Fuad Nağıyev və sürücü Fariz Ağayev həlak olur, iki nəfər isə qəlpə yarası alır.

06 yanvar 1992-ci il:
Daşnak terror qrupu Goranboy ərazisinə basqın edir. 1 mülki şəxs həlak olur, 7 nəfər yaralanır.

06 yanvar 1992-ci il:
Daşnak terrorçuları Xocavəndin Axullu kəndinə basqın edirlər. Polis bölməsinin əməkdaşı, 2 qız atası Atakişiyev Qabil qətlə yetirilir.

06 yanvar 1992-ci il:
Daşnak terrorçuları Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə basqın edirlər. Dinc kənd sakini Əhəd İsgəndərov qətlə yetirilir. 4 nəfər dinc sakin isə güllə yarası alır.

07 yanvar 1990-cı il:
Daşnak terrorçuları tərəfindən Xocalıya gedən dəmiryol xətti təkrar partladılır.

07 yanvar 1990-cı il:
Daşnak terror qrupu Kərkicahan qəsəbəsinə basqın edir.

07 yanvar 1992-ci il:
Ağdamdakı 2711 saylı avtomobil dəstəsinə məxsus «Volqa» markalı 61-98 AQD nömrəli avtomobil daşnak terrorçularının basqınına məruz qalır. Sürücü Famil Kazmov qətlə yetirilir, avtomaşın girov götürülür.

07 yanvar 1992-ci il:
Ağdamdan Qaradağlıya ucan sərnişin vertolyotu daşnak terrorçuları tərəfindən atəşə tutulur. 5-ə qədər güllə zədəsi alan vertolyotu pilotların səyi nəticəsində Ağdama qaytarmaq mümkün olur.

07 yanvar 1992-ci il:
Əsgəranda möhkəmlənən daşnak terrorçuları Xocalıya güclü basqın təşkil edirlər. Xocalı şəhər sakini Qanboy Həsənov yaralanır.

08 yanvar 1919-cu il:
Daşnak terror qrupları Zəngəzur qəzasının Quşçulu, Hacılar, Ərkötü, Ağsallı, Sağarcalan, Açaquz, Oxçu kəndlərinə basqın etmişlər. Sayı qeydə alınmayan qətllər törətmişlər.

08 yanvar 1992-ci il:
Xocavəndin Kəndxord, Müşgabad, Cəmiyyət, Ağkənd, Qağarza kəndlərində möhkəmlənmiş daşnak terrorçuları Qaradağlı kəndini müxtəlif növ silahlardan və «Alazan» tipli raketlərdən atəşə tuturlar. İki tikili dağdılır. Evlərin xeyli hissəsi zədələnir. İki nəfər yaralanır. Könüllü müdafiəçi Məzahir Gülverdiyev isə müdafiə zamanı həlak olur.

08 yanvar 1992-ci il:
Daşnak terrorçuları Krasnovodsk-Bakı istiqamətində hərəkət edən sərnişin bərəsində partlayış törədirlər. Terror aktı nəticəsində 25 nəfər həlak olur, 88 nəfər yaralanır.

09 yanvar 1991-ci il: Xocavəndin Qaradağlı kəndinə gedən «UAZ-469» markalı 53-55 AQT dövlət nişanlı minik maşını daşnak terrorçuları tərəfindən gülləbaran edilir. Qaradağlı kənd sakini Soltan Bayramov yerindəcə həlak olur, sürücü N.Səmədov isə ağır güllə yarası alır.

09 yanvar 1991-ci il:
Daşnak Arno Mixayıloviç Mkrtıçyanın rəhbərlik etdiyi terror qrupu tərəfindən Laçın-Şuşa yolunun 5-ci km-də «Molodyoj Azerbaydjana» qəzetinin müxbiri Salatın Əsgərova və Sovet ordusunun 3 zabitinin oturduğu avtomobil gülləbaran edilir. 4 nəfər həlak olur. Terrorçular ələ keçir və mühakimə edilirlər. Terrorçulardan Mkrtıçyan A.M., Arustamyan Q.M., Zakaryan A.A., Sərkisyan M.S., Osipyan Y.R. 15 il, Qriqoryan Q.S. isə 5 il müddətinə azadlıqdan məhrum edilir. Lakin terrorçular 1996-cı il may ayının 8-də birtərəfli qaydada Ermənistana təhvil verilirlər.

09 yanvar 1992-ci il: Daşnak terrorçuları Füzuli rayonunun Qaradağlı kəndinə basqın edirlər. 5 nəfər – dinc sakinlərdən Yavər İsgəndərov, Bəkir Quliyev, Nəriman Həsənov, polis əməkdaşları – Nazim Quliyev, Faiq Rəfiyev həlak olur. Kənd sakinləri – Mənsimov Ələkbər, Əbdürrəhimov Natiq, Xəlilov Şahin, Hüseynov Şiralı, Məmmədov Nurəddin, Əhmədov Tahir, Hacıyev Natiq güllə yarası alırlar.

10 yanvar 1918-ci il:
Daşnak terror qrupları Zəngəzurun Mülk kəndinə basqın edirlər. Kənd tamamilə yerlə-yeksan edilir, 150 nəfər dinc sakini qətlə yetirirlər.

10 yanvar 1980-ci il.
İranda, Tehranda Türkiyə avtonəqliyyat şirkətinin ofisi qarşısında partlayış baş vermiş, bina dağılmış və nəticədə şirkətə xeyli ziyan dəymişdir.Partlayışa görə məsuliyyəti, əvvəlcədən olduğu kimi, yenə də “Daşnaksütyun”un ideoloji göstərişlərini yerinə yetirən ASALA erməni terror təşkilatı öz üzərinə götürmüşdür.

11 yanvar 1918-ci il:
Daşnak terror qrupları Zəngəzurun Qarakilsə kəndinə təkrar basqın edirlər. 49 nəfər dinc sakini qətlə yetirir, kəndi canlı aləmdən təcrid edirlər.

11 yanvar 1990-cı il:
Daşnak terror qrupu Xocalı şəhəri-yardım aparan Quba rayonunun maşın karvanına Əsgəran yaxınlığında basqın edir.

11-12 yanvar 1992-ci il:
Xocavəndin Qaradağlı kəndi daşnak terrorçularının həmləsinə məruz qalır. Dinc kənd sakini, müharibə və əmək veteranı Qasım Əliyev qətlə yetirilir. Ona məxsus 80 başa yaxın mal-qara və qoyun-quzu terrorçular tərəfindən sürülüb aparılır. Kənd icra nümayəndəsi Cavad Hüseynov və kənd mağazasının müdiri Alov Əzizov ağır güllə yarası alır.

11-13 yanvar 1992-ci il:
Daşnak terrorçuları Xocalı rayonunun dəniz səviyyəsindən 2000 m yüksəklikdə, Qırxqız dağının qoynunda yerləşən Qarakov kəndinə həmlələr edirlər. Terrorçular camaata məxsus 16 baş iribuynuzlu mal-qaranı güllələyirlər.

12 yanvar 1989-cu il:
Daşnak terrorçuları Goranboy rayonunun Todan kəndinə basqın edirlər. Dörd nəfər əliyalın, dinc kənd sakinini qətlə yetirirlər.

12 yanvar, 1990-cı il:
Daşnak terrorçularını İrəvandan Azərbaycan ərazisinə; (gətirən üç vertolyot Xanlar rayonunun Quşçular kəndinin yaxınlığında yerə enir. Müasir silahlarla təchiz olunmuş terrorçular vertolyotlardan düşməklə kəndə soxulurlar. Qadınlara, uşaqlara, qocalara fərq qoymadan onlarla dinc kənd sakinlərini gülləbaran edirlər.

12 yanvar 1990-cı il:
Daşnak terror qrupu Goranboy rayonunun Todan kəndinə basqın edir. Kənddən yeddi nəfər girov götürülür. Girov götürülənlərdən Yadigar, Bəxtiyar, Abbasqulu və Əliqara adlı gənclər vəhşicəsinə öldürülür.

12 yanvar 1992-ci il: Daşnak terrorçuları Şuşanın Malıbəyli kəndinə basqın edirlər. Kənd sakini Sərdar Rzayev ağır güllə yarası alır.

12 yanvar 1992-ci il: Daşaltıda yerləşən daşnak terror qrupu Laçın-Şuşa yolunda sərnişin avtobusuna basqın edirlər. Polis əməkdaşı Sənan Aydın oğlu Abdullayev ağır güllə yarası alır.

13 yanvar 1918-ci il:
Daşnak terror qrupu Zəngəzur qəzasının Pulkənd yaşayış məntəqəsinə basqın edir, 19 nəfər dinc sakini öldürür, əhalinin əmlakını talan edirlər.

13 yanvar 1990-cı il:
Daşnak muzdlusu Bakıda terror aktı törədir. 2 Azərbaycan türkünü qətlə yetirir. Bununla da Bakıda müxtəlif talanların həyata keçirilməsinə start verilir.

13 yanvar 1990-cı il: Daşnak terror qrupu Goranboyun Todan kəndinin fermasına basqın edir. Fermada işləyən ata və oğulu girov götürür, bir nəfəri isə odlu silahla yaralayırlar.

13-14 yanvar 1992-ci il:
Xankəndində möhkəmlənən daşnak terrorçuları Kərkicahan qəsəbəsini zirehli texnikanın köməyi ilə güclü və aramsız surətdə atəşə tuturlar. Qəsəbə sakini İlham Bahadur oğlu Əliyev qətlə yetirilir. Asif Ələkbərov yaralanır. Kənddə salamat qalan evlərdən daha ikisi yandırılır.

13 yanvar 1992-ci il:
Xocavəndin Məlikcan kəndində yuva quran daşnak terror qrupu Füzuli rayonu ərazisinə basqın edir. Müdafiəçilərdən Mehdi Yusif oğlu Abbasov qəhrəmancasına həlak olur.

14 yanvar 1990-cı il:
Bakıdan Naxçıvana gedən qatar Ermənistan SSR-in Mığrı rayonu ərazisində daşnak terrorçuları tərəfindən basqına məruz qalır.

14 yanvar 1990-cı il:
Daşnak terrorçuları vertolyotla Göygöl (Xanlar) rayonunun Aşıqlar kəndinə həmlə edirlər. Bir nəfər qətlə yetirilir, xeyli adam yaralanır.

14 yanvar 1990-cı il:
Daşnak terror qrupu Gəncənin Hacıkənd qəsəbəsinə basqın edirlər. Kənd sakinlərindən Vəliyev Nemət Əli oğlu, Səbuhi Hacıyev, Hüseynov Ələkbər Söyün oğlu qətlə yetirilir.

14 yanvar 1990-cı il:
Daşnak terror qrupu Hadrut rayonunun Tığ kəndinə basqın edir. Kəndin keşiyini çəkən rus hərbiçilərindən biri qətlə yetirilir.

15 yanvar 1989-cu il:
Daşnak terrorçuları Goranboy rayonunun Todan kəndinə ikinci dəfə basqın edirlər. Bu dəfə iki nəfər əhyalın, dinc kənd sakinini qətlə yetirirlər.

15 yanvar 1990-cı il:
Laçın rayonunun Hacılar kənd sakini Abduləzimov Allahverdi Fərman oğlu «Pirin yanı» deyilən sahədə qoyun növbəsində olarkən daşnak terrorçuları tərəfindən qətlə yetirilir. Nobatçı yoldaşı Əhmədov isə aldığı güllə yarasından həmişəlik əlil qalır. Terrorçular qoyun sürüsünü çəkib aparırlar.

15 yanvar 1990-cı il:
Daşnak terror qrupu Goranboy rayonunun Todan kəndinə basqın edir. Kənd sakinlərindən Nəsibov Bayram İsmayıl oğlu, Kosayev Yusif Zabit oğlu qətlə yetirilir.

15 yanvar 1990-cı il:
Xankəndi şəhərində yuva qurmuş daşnak terror qrupu Kərkicahan qəsəbəsinə basqın edir. 3 nəfər qəsəbə sakini düşmən gülləsinin qurbanı olur.

15 yanvar 1991-ci il:
Malıbəylidən Ağdama xəstə aparan təcili yardım maşını Əsgəran ərazisində daşnak təxribat qrupu tərəfindən daşqalaq edilir. Nəticədə ağır yataq xəstəsi təkrar kəllə nahiyəsindən daş yarası alır.

15 yanvar 1992-ci il:
Daşnak terrorçuları dil tapdıqları rus hərbiçilərinin köməyi ilə Ordubad ərazisində «LAZ» markalı sərnişin avtobusunu atəşə tuturlar. Üç nəfər girov götürülür.

15 yanvar 1992-ci il:
Rus hərbçiləri ilə birləşmiş daşnak terrorçuları Əylis kəndi yaxınlığında Culfa şəhər sakinlərini atəşə tuturlar. İki nəfər həlak olur, dörd nəfər yaralanır.

15 yanvar 1992-ci il:
Daşnak terrorçuları ilə əlaqəyə girən rus hərbçiləri daşnak muzdluları olaraq Naxçıvan aeroportuna soxulurlar. Naxçıvan Müdafiə Komitəsinin sədri E.Abbasovu, Daxili İşlər naziri M.Məmmədovu girov saxlayaraq iki yük təyyarəsi ilə hərbi sursatı Ermənistana adladırlar.

16 yanvar 1920-ci il:
Daşnak terror birləşməsi Dərələyəzin Çivə kəndini bombalayır. Kəndin 4 dinc sakini həlak olur.

16 yanvar 1989-cu il:
Daşnak terrorçuları Goranboy rayonunun Şəfəq kəndinə basqın edirlər. Bir nəfər kənd sakini qətlə yetirilir.

16 yanvar 1990-cı il:
Daşnak terror qrupu Goranboyun Şəfəq kəndinə basqın edir. 1 nəfər dinc sakin qətlə yetirilir.

16 yanvar 1991-ci il:
Arandan Malıbəyliyə saman (qaba yem) daşıyan üç yük maşını Əsgəran şəhərində daşnaklar tərəfindən «daş» yağışına tutulur. Nəticədə Malıbəyli kənd sakinlərindən – sürücü Şakir Xanlarov, sovxoz fəhlələri Şiraslan Nəcəfov və Bəkir Əmiraslanov bədən xəsarəti alır.

16 yanvar 1992-ci il:
Xocavənd ərazisində möhkəmlənən daşnak terrorçuları Əmirallar kəndini intensiv atəşə tuturlar. Xocavənd rayon İcra Hakimiyyəti Başçısının müavini Şahlar İbrahimov həlak olur. 3 nəfər isə müxtəlif dərəcəli güllə yarası alır.

16 yanvar 1992-ci il:
Daşnak terrorçuları Füzuli rayonunun Xələfşə kəndinə basqın edirlər. Müdafiə zamanı polis əməkdaşı Kamil Xələfov ağır güllə yarası alır.

17 yanvar 1918-ci il:
Naxçıvanın Əznaburd kəndində yuva qurmuş daşnak terrorçuları azərbaycanlıların evlərinə hücum edir, 22 nəfər dinc, təhlükəsiz, əliyalın Azərbaycan türkünü qətlə yetirirlər; 111. 25 yanvar 1918-ci il: Mülkədərəli Avşar və Cilanlı Markarın başçılıq etdiyi daşnak terror qrupu Cəbrayıl qəzasının Eyvatlı kəndinə basqın edir. Evləri talan edir, mal-qaranı sürüb aparırlar. Girov götürdükləri kənd sakini Hüseyn Allahverdi oğlunu Xələf dağının gündoğan üzündəki daşarmud ağacına sarıyıb bədənindən nişangah kimi istifadə edərək qətlə yetirirlər.

18 yanvar 1920-ci il:
Daşnak terrorçuları Böyük Vedi-Dəvəli yolunu bağlayırlar. Yol adamlarına qanlı divan tuturlar. Sayı qeydə alınmayan çox saylı qətllər törədirlər.

18 yanvar 1990-cı il:
Ermənistan SSR-in Ararat rayonunda yuva qurmuş daşnak terror qrupu Naxçıvanın Kərki kəndinə son dəfə basqın edir. Əliyalın, dinc əhali erməni-daşnak faşizminin etnik təmizləmə siyasətinin günahsız qurbanlarına çevrilirlər.

18 yanvar 1992-ci il:
Daşaltı kəndində məskən salan daşnak terrorçuları Şuşaya gələn elektrik xəttini və su kəmərini yenə də partladırlar.

18-21 yanvar 1992-ci il:
Daşnak terrorçuları tərəfindən gecələr Şuşa şəhəri ən müasir silahlardan atəşə tutulur. 2 nəfər dinc şəhər sakini həlak olur. Onlarla ev dağıdılır və ya ciddi zədə alır.

18 yanvar 1992-ci il:
Daşnak terror qrupu Şuşanın Qaybalı kəndinə həmlə edir. Kənd müdafiəçisi Əsədov Malik Hamil oğlu qəhrəmancasına həlak olur.

19 yanvar 1990-cı il:
Daşnak terrorçuları Sədərək qəsəbəsini mərmi atəşinə tuturlar. Məhərrəm Seyidov, Etibar Əhmədov, Mirhəşim Seyidov, Məhəmməd Məmmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, Nəsirovlar ailəsinin iki körpəsi – 7 yaşlı Elvin və 51 yaşlı Malik qəlpə yarasından həlak olurlar.

19 yanvar 1991-ci il:
Baqmanyan Akop Qavruşoviç, Baqmanyan Samvel Qavruşoviç və Antonyan Artuş Qriqoryeviçdən ibarət daşnak terror qrupu tərəfindən DQMV Dİİ-nin rəisi işləyən general-mayor V. Kovolyovun həyatına sui-qəsd cəhdi edilir. Lakin o, xoş təsadüf nəticəsində sağ qalır.

19 yanvar 1993-cü il:
Daşnak terrorçuları Ağdam şəhərini qrad qurğularından, minamyot və toplardan atəşə tuturlar. Dağıntı və yaralananlar olduğu qeydə alınır.

20 yanvar 1920-ci il:
Daşnak terror birləşmələri Zəngəzur qəzasının Qaladərəsi – Xocahan arasında yerləşən azərbaycanlılar yaşayan kəndlərə kütləvi həmlələr təşkil edirlər. Evləri yandırır, soyğunçuluqla məşğul olurlar. Sayı qeydə alınmayan qətl hadisələri törədirlər. 3-cü sahənin bütün kəndlərini dağıdırlar.

20 yanvar 1989-cu il:
Daşnak terror qrupu Naxçıvan MSSR-in Sədərək qəsəbəsinə basqın edir. 10 nəfər qəsəbə sakini (o cümlədən üç uşaq) vəhşicəsinə qətlə yetirilir.

20 yanvar 1990-cı il:
Ermənipərəst Qorbaçovun fərmanı ilə Bakıya sırasında 600 nəfər erməni əsgər və zabiti olan və tərkibinə 180 daşnak terrorçusu daxil edilən ordu yeridilir. 171 nəfər dinc sakin qətlə yetirilir, beş nəfər itkin düşür. 800 nəfər güllə yarası alır. 100-ə yaxın müxtəlif markalı 56 avtomaşın tankların altına salınır, şəhər gülləbaran edilir. Şəhər təsərrüfatına 5 milyard rus rublu dəyərində maddi ziyan vurulduğu qeydə alınır.

20 yanvar 1990-cı il:
Daşnak terrorçuları Naxçıvanın Sədərək qəsəəbəsini təkrar atəşə tuturlar. Kənd sakinlərindən Zeynalov Vəli Məmməd oğlu, Həsənov Cəfər Əli oğlu düşmən gülləsinin qurbanı olurlar.

20 yanvar 1991-ci il:
Şuşa rayonunun Onverst kəndində məskən salmış daşnak terror qrupu Laçın-Şuşa yolunu bağlayır. Bu gündən etibarən Laçından Şuşaya 49 km-lik yol əvəzinə nəqliyyat vasitələri Araz-Həkəri çayları boyunca 400 km məsafə qət edir.

21 yanvar 1991-ci il:
Martuni şəhərində yuva qurmuş daşnak terror qrupu şəhərin Azəri məhəlləsini odlu silahlardan atəşə tutur.

21 yanvar 1992-ci il:
Daşnak terrorçuları Ağdamın Cinli və Xıdırlı kəndlərinə basqın edirlər. Basqın zamanı 1 nəfər dinc sakin həlak olur.

21 yanvar 1992-ci il: Daşnak terrorçuları Xocavəndin Muğanlı kəndini «Alazan» tipli raketlərdən atəşə tuturlar. Nəticədə İsmayıl və Arif İsmayılovlara, Aslan Quliyevə məzsus fərdi yaşayış evləri dağıdılır.

21 yanvar 1992-ci il:
Daşnak terror qrupu Şuşanın Qaybalı kəndinə basqın edir. İtkilər qeydə alınır. Əhali yurd-yuvasından didərgin düşür. Lakin kəndə yenidən qayıdış olur.

22 yanvar 1906-cı il:
Daşnak terror qrupu bu gün – «Qurban bayramı» günü Qazax qəzasının Qızılhacılı kəndinə basqın edir. Kəndi yandırır, qarət edir, 2 nəfəri qətlə yetirir, 1 qocanı, 2 həddi-buluğa çatmamış qızı anaları ilə birlikdə əsir götürürlər

22 yanvar 1920-ci il:
Daşnak terror qrupu Böyük Vediyə taxıl almağa gəlmiş Ordubad sakinlərinə basqın edirlər. Üç nəfəri qətlə yetirir, taxıl yüklü bir at və 21 uzunqulağı qənimət kimi ələ keçirirlər.

.22 yanvar 1992-ci il:
Ağdamın Papravənd kəndinə daşnak terrorçuları tərəfindən vertolyotdan həmlə edilir. Yaralananlar olur.

22-23 yanvar 1992-ci il:
Xocavəndin Muğanlı kəndi yenə də daşnak terrorçuları tərəfindən «Alazan» tipli raketlərdən atəşə tutulur. Yaşayış evlərinə, ictimai binalara xeyli ziyan dəyir. Kolxoz həyətindəki qaba yem tayaları yanıb külə dönür. Muğanlı kənd sakinləri İnqilab Qarayevə, Arif İsmayılova, Famil Zeynalova məxsus fərdi minik maşınları sıradan çıxır.

23 yanvar 1920-ci il:
Daşnak terror qrupu Dərələyəz mahalının Ərkəz kəndinə hücum etmiş, beş nəfəri qətlə yetirmiş, üç qadını girov götürmüşlər. 600 baş qoyunu qənimət kimi sürüb aparmışlar.

23 yanvar 1920-ci il:
Daşnak terrorçuları Şərur mahalının Kərimqulubəyməzə kəndinə həmlə etmişlər. İki nəfər qətlə yetirilmiş, üç nəfər isə güllə yarası almışdır.

23 yanvar 1973 – cü il
Los Ancelesdə Türkiyənin konsulu Mehmet Baydarın və Santa-Barbarada vitse-konsulu Bahadır Demer qətlə yetirilib.
Terror aktı Yanikyan tərəfindən törədilmiş və fərdi erməni terroru kimi qəbul edilmişdir. Lakin tezliklə məlum olmuşdur ki, bu aksiya planlaşdırılmış, təşkil edilmiş və məqsədə istiqamətləndirilmiş erməni terrorizminin tərkib hissəsidir.

23 yanvar 1990-cı il:
Daşnak terror qrupu tərəfindən AğdamKəlbəcər elektrik hava xətti Ağdərə-Mardaket rayonu ərazisində partladılır. Bununla da Kəlbəcər rayonu elektrik enerjisindən məhrum edilir.

24 yanvar 1919-cu il:
Göyçə mahalının Çamırlı kəndinə basqın edən daşnak terrorçuları dörd kişinin başını, altı qadının döşlərini kəsərək on nəfər dinc sakini vəhşicəsinə qətlə yetirmişlər.

24 yanvar 1920-ci il:
Daşnak terror qrupu Əştərək bölgəsinin Savan kəndini top atəşinə tutur. Həlak olanların sayı qeydə alınmır. Kənd əhalisi yurd-yuvalarından tamamən didərgin düşür.

24 yanvar 1945-ci il:
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən müharibəsinin əfsanəvi sərkərdəsi, tank qoşunları qvardiya generalmayoru Həzi Əhməd oğlu Aslanovun müəmmalı ölümündə erməni mənşəli Sovet İtifaqı Marşalı, daşnak İvan Baqramyanın əli olması barədə o zamanlar yayılan şayiələr bu gün öz ünvanını tapmaqdadır.

25 yanvar 1988-ci il:
Qafan rayon partiya komitəsinin birinci katibi, kommunist cildinə girmiş qatı daşnak Mkrtıçyanın rəhbərliyi altında daşnak terrorçuları Qafan və Kecalan şəhərlərində açıq şəkildə azərbaycanlı ailələrinin üzərinə həmləyə keçirlər. Evlər dağıdılır, ev sahibləri döyülür, söyülür, təhqir edilərək şəhərdən qovulurlar. 2000 Azərbaycan türkü isti odocağından qaçqın düşür. Qaçqınların bir qismi Azərbaycanın ətraf rayonlarına, əsas qismi isə Sumqayıt şəhərinə pənah gətirirlər.

25-26 yanvar 1991-ci il:
Daşnak təxribatçıları tərəfindən yanvarın 25-də Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobusu, yanvarın 26-da isə Şuşadakı 124 saylı SMD-yə məxsus «ZİL-130» markalı 98- 17 AQO dövlət nömrəsi olan yük maşını Əsgəran şəhərində daş-qalaq edilir. Yük maşını aşırılaraq yandırılır. Sürücüsü Tahir Əhmədov təsadüf nəticəsində həyatın xilas edə bilir.

25 yanvar 1992-ci il:
Xocavəndin Əmirallar kəndi daşnak terrorçuları tərəfindən müxtəlif çeşidli silah növlərindən atəşə tutulur. Kənd sakinləri Sabir Rəhimov, Elmira Mirzəyeva ağır güllə yarası alır.

25 yanvar 1993-cü il:
Daşnak muzdlusu Ağdamdakı hərbi hissədə partlayış törədir. Partlayış əsgərlər daha çox olduğu binada baş verdiyindən çox sayda ölən və yaralananlar olur.

25 yanvar 1993-cü il:
Daşnak terrorçuları Ağdam şəhərini qrad qurğularından və toplardan atəşə tuturlar. Dağıntı və yaralananlar olduğu qeydə alınır.

26 yanvar 1990-cı il:
Tərkibinə erməni daşnak terrorçuları daxil edilmiş rus ordusu Lənkəran şəhərinə yeridilir. Şəhər sakinlərindən Baxşıyev Salman Babaxan oğlu, Abdullayev Tariyel Hacıbala oğlu, Məmmədov Şahin Zahid oğlu, Bədəlov Rövşən Seyfulla oğlu, Məmmədov Rahim Vəliağa oğlu, Məmmədov Vaqif Məhəmməd oğlu vəhşicəsinə qətlə yetirilir.

26 yanvar 1990-cı il:
Tərkibində erməni daşnak ünsürləri olan rus ordusu Neftçala şəhərinə yeridilir. Şəhər sakinlərindən Ağahüseynov Nurəddin Aslan oğlu, Cəfərov Əbülfəz Böyükağa oğlu qətlə yetirilir.

26 yanvar 1992-ci il:
Şuşa şəhərini blokadada saxlayan və Daşaltı kəndinə sığınmış daşnak terrorçularını bu kənddən çıxarmaq məqsədi ilə hərəkətə keçən Azərbaycan milli ordusunun ilk könüllü və sülh məramlı taboru daşnak terror birləşməsi tərəfindən tələyə salınır. Milli ordu əsgərlərindən 33 nəfər qətlə yetirilir, 34 nəfər itkin düşür, 36 nəfər isə ağır güllə yarası alır.

26 yanvar 1992-ci il:
Daşnak terror qrupları Şuşa şəhərini və Goranboyun Qara Çinar kəndini atəşə tuturlar. Şuşa şəhər sakini Nəsirov Zahid Rəfayıl oğlu və Goranboy rayon sakini Bayramov Vüqar Zülfüqar oğlu həlak olur.

27 Yanvar 1973-cü il
Türkiyənin Los-Anceles şəhərindəki (ABŞ) baş konsulu Mehmet Baydar və konsulu Bahadur Dəniz erməni terrorçusu Qurgen Yanıkyan tərəfindən qətlə yetirilmişlər. Bu cinayət hadisəsi Santa-Barbara şəhərinin “Baltimor” mehmanxanasında törədilmişdir. Hadisə gözlənilməz olduğundan türk diplomatları heç bir əks tədbir görə bilməmişlər. Törədilmiş terror hadisəsinə görə Qurgen Yanikyan həbs olunsa da, sonradan azadlığa buraxılmışdır.

28 yanvar 1919-cu il:
Daşnak terror qrupu Göyçə mahalının Zağalı kəndinə basqın edir. Terrorçular tərəfindən 25 Azərbaycan türkü qətlə yetirilir, kənd tamamilə dağıdılır. Öldürülənlər arasında qadınlar və uşaqlar da olmuşdur. Daha doğrusu, terrorçular Daşnaksütyunun «şəraitdən asılı olmayaraq türkləri məhv etmək» tezisini Zağalıda həyata keçirmişlər.

28 yanvar 1991-ci il:
Daşnak terror qrupu tərəfindən Martuni rayonunun Xocavənd kəndi atəşə tutulur. Öz həyətində çörək bişirən Fənər Nəzərova qətlə yetirilir. Kənd sakinlərindən Cəllad Şirin oğlu Əhmədov və 12 yaşlı İ. Məmmədov isə ağır güllə yarası alır.

28 yanvar 1992-ci il:
Daşnak terror qrupu Füzuli şəhərini qrad qurğularından atəşə tutur.

28 yanvar 1992-ci il:
Daşnak terrorçuları tərəfindən Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan 27127 nömrəli Mİ-8 mülki vertolyot Şuşa şəhəri yaxınlığında «Yer-yer» tipli raketlə vurulur. Əksəriyyəti qadın və uşaqlardan ibarət olan 44 sərnişin və 3 ekipaj üzvü – Mahmudov Ərəstun İsbənd oğlu, Axundov Səfa Fətulla oğlu, Salahov Şakir Şamil oğlu həlak olur. Heç bir istintaq işi aparılmır. Sanki azərbaycanlı qadın və uşaqların qanı qan deyil, adi sudur, göydən yerə axıdılır.

28 yanvar 1992-ci il: Xocavənd rayonunun ermənilər yaşayan hissəsində mövqe tutmuş daşnak terrorçuları Muğanlı kəndini təkrar «Alazan» tipli raketlərdən atəşə tuturlar. Kənd sakini Qalib İsmayılov qəlpə arası alır.

29 yanvar 1992-ci il:
Daşnak terrorçuları Ağdam şəhərini uzaqvuran raketlərdən atəşə tuturlar. Raketlər Ağdamdakı 8 saylı SMD-nin həyətinə düşür. Nəticədə sürücü Nemət Abdullayev həlak olur. 2 nəfər ağır yaralanır, bir nəfər isə qəlpə yarası alır. İdarənin yanacaq çənləri partladılır, 1 ədəd «KAMAZ» markalı maşın yanıb yararsız hala düşür.

30 yanvar 1919-cu il:
Daşnak terror birləşmələri Kəvərmahalının Bığlı, Əfəndi, Hacı, Muğan, Əyrivəng, Ağzıbir kəndlərinə soxulmuş, əhalini kəndlərdən didərgin salmışlar, Təqiblər nəticəsində əhali yayda belə başı qarla örtülü olan Ağmanqan dağının yuxanlarında mühasirədə saxlanılmış, üç min nəfər dinc sakin şaxtadan donaraq məhv olmuşdur. Hücum zamanı ələ keçirdikləri Əfəndi kənd sakini İbrahim Hacıhüseyn oğlunun gözlərini çıxarmış, sonra da diri-diri yandırmışlar.

30 yanvar 1920-ci il:
Daşnak terrorçuları Uluxanlı dəmiryol stansiyasında azərbaycanlı qaçqınları daşıyan qatara hücum edirlər. Bir nəfər qətlə yetirilir, 12 nəfər girov götürülür, 85 nəfər isə qarət olunur.

30 yanvar 1990-cı il:
Daşnak terror qrupları Gədəbəy rayonunun Sınıx bölgəsinə soxulurlar. Bölgənin əliyalın, dinc sakinləri 1936-cı il təvəllüdlü Xələfov Əsgəri, 1938-ci il təvəllüdlü Zeynalov Arifi, 1946-cı il təvəllüdlü Niftalıyev Fərhadı, 1953-cü il təvəllüdlü Hüseynov İbrahimi, 1957-ci il təvəllüdlü Qurbanov Əkbəri, 1961-ci il təvəllüdlü Vəliyev Məhərrəmi vəhşicəsinə qətlə yetirirlər. El ağsaqqalı, Güllü kənd sakini Cəfərov Hüseyni girov götürürlər.

30 yanvar 1992-ci il: Xocavənd rayonunun Muğanlı kəndi daşnak terrorçuları tərəfindən «Alazan» tipli raketlərdən atəşə tutulur. Kənd sakini Kərəm İmanovun fərdi yaşayış evi dağıdılır.

31 yanvar 1991-ci il:
Daşnak terrorçuları tərəfindən AğdamŞuşa yolunda Malıbəyli kənd sakini Telman Salmanovun idarə etdiyi M. Əzizbəyov adına sovxoza məxsus QAZ-66 markalı 51-77 AQT nömrəli maşın partladılır.

31 yanvar 1992-ci il:
Daşnak terror birləşmələri Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Xıdırlı, Cinli, Əliağalı, Əhmədavar kəndlərinə həmlə edirlər. Faiq Həşimov, Xankişi Cəfərov, Azər Abbasov, Mübariz Vətən oğlu, Eldar Həsənov həlak olur. 53 nəfər yaralanır.

Cəmil Məmmədli
REPORTYOR.info

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"