• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Cümə axşamı, 25 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Gündəm

“Müxalifət zirvəsi” təklifi birmənalı qarşılanmadı – Kimlər qarşı çıxdı…

2018-12-12
in Gündəm
0
“Müxalifət zirvəsi” təklifi birmənalı qarşılanmadı – Kimlər qarşı çıxdı…
0
Paylaşılıb
12
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun 25 dekabr tarixində, saat 12.00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında “Müxalifət zirvəsi” təşkil edəcəyi barədə məlumat yayılıb. Bununla bağlı məlumatı tanınmış jurnalist Əvəz Zeynallı özünün sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, sözügedən görüşün məqsədi “Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda müzakirələr aparmaqdır. Ə. Zeynallının sözlərinə görə, zirvə görüşünə İsgəndər bəyin özü də daxil olmaqla 36 siyasətçi dəvət olunacaq.

Bənzər Yazılar

“Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb!” – “Spiker tamamilə haqlıdır…”

Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok – Faktlar

“Xocalıya ədalət” üçün petisiya yayıldı

Toplantıya dəvət olunanların siyahısı belədir:

İsgəndər Həmidov, Pənah Hüseyn, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əli Əliyev, Tural Abbaslı, İlqar Məmmədov, Qubad İbadoğlu, Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Fuad Əliyev, Elşad Musayev, Nəsir Ağayev, Etibar Məmmədov, Arzuxan Əlizadə, Lalə Şövkət Hacıyeva, Əvəz Temirxan, Nemət Pənahlı, Rahim Qazıyev, Hacıbaba Əzimov, İlyas İsmayılov, Sülhəddin Əkbər, Sabir Rüstəmxanlı, Rafiq Turabxanoğlu, Vaqif Hacıbəyli, Qulamhüseyn Əlibəyli, Ağasif Şakiroğlu, Mətləb Mütəllimli, Eldar Namazov, Valeh İbadov, İxtiyar Şirin…

Siyahı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Belə ki, çoxları adı qeyd edilən bəzi siyasətçilərin müxalifətçi kimi təqdim olunmasını ironiya ilə qarşılayıb, bir qisminin hətta siyasət meydanında varlığı-ilə yoxluğunun hiss eilmədiyi vurğulanıb.

Məsələ ilə bağlı ilk olaraq, zirvə görüşünə evsahibliyi edəcək VHP-nin sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlama verib. O bildirib ki, belə bir toplantıya dəvət edilməyib və ümumiyyətlə, bundan xəbəri yoxdur:

“Bu toplantını kim təşkil edir, məqsəd nədir, məlumatlı deyiləm. Bizim partiyanın adını veriblər ki, guya toplantı VHP-nin qərargahında baş tutacaq. Halbuki, buna razılıq verməmişik. Belə tərkibdə hər hansı görüşdə mən iştirak etmərəm, qatılmaram.

Bu tərkibdə əvvəllər çox görüşlər keçirilib, heç bir nəticəsi isə olmayıb. Ona görə, bu məni maraqlandırmır. Müzakirəsiz, razılıqsız mətbuata konkret yer və siyahı vermək doğru deyil. Mənim qatılmadığım bir toplantı rəhbərlik etdiyim partiyanın qərargahında niyə keçirilməlidir? Bu düzgün olmaz”.

“Müxalifət zirvəsi”nin təşkilatçısı sabiq DİN rəhbəri İsgəndər Həmidov isə deyib ki, toplantı dekabr ayının 25-nə planlaşdırılıb. Həmin vaxta qədər siyahıda adı göstərilmiş partiya rəhbərlərinə dəvətnamə göndəriləcək:

“Əgər hansısa müxalifət partiyasının rəhbəri toplantı barədə xəbərsizdirsə, biz dəvətnamə göndərib, onlara məlumat çatdıracağıq. Narahatlığa əsas yoxdur.

Sabir Rüstəmxanlı isə belə bir toplantının keçiriləcəyini bilirdi. Sizin saytınıza açıqlamasında niyə belə deyib, anlamıram. Bunun haqqında VHP sədri ilə söhbətimiz olub. Hətta biz toplantını dekabrın 31-də keçirməyi planlaşdırırdıq. Sabir bəy bildirdi ki, o, ayın 31-i burada olmayacaq. Onu nəzərə alıb, toplantını ayın 25-nə keçirdik. Ona qədər hər kəsə məlumat verəcəyik. Bu mənim keçirdiyim toplantı deyil, elə həmin tədbirə dəvət olunanların bir yerə yığışmasıdır”.

Açıqlanan siyahının birmənalı qarşılanmamasına gəlincə, İsgəndər Həmidov bunları deyib:

“Kim istəyir, qəbul etsin, kim istəmir qəbul etməsin. Mən kimin müxalif olub-olmadığını sübut etmək istəmirəm. Əsas məqsədim Azərbaycan xalqının mənafeyidir. Bu gün xalqımın düşdüyü durum, demokratik islahatların aparılması məni daha çox narahat edir. Toplantı ona görə, təşkil edilməyib ki, kiminsə xoşuna gəlsin, yaxud gəlməsin. Azərbaycanda bütün ciddi məsələlər qalıb kənarda, bir-birinə ləkə atmaqla məşğuldurlar”.

Açıqlanan siyahıda adı göstərilən siyasətçilərdən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də “Müxalifət zirvəsi”ndən xəbərdar olmadığını bildirib:

“Belə bir toplantıya dəvət almamışıq. Heç bir məlumatımız da yoxdur. Ona görə, hər hansı fikir bildirə bilmərəm”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov isə vurğulayıb ki, partiya olaraq müxalifətin inteqrasiyası və birliyinin tərəfdarıdırlar:

“Bizə hələlik rəsmi dəvət olmayıb. Amma yenə də müxalifətdaxili problemlərin həlli, əməkdaşlıq yollarının tapılması, hər hansı məsələnin həllində birlikdə addım atılması vacibdir.

Lakin müxalifət kimdir, kimlər müxalif deyil şəklində müzakirələrin aparılmasını ziyanlı hesab edirəm. Bizim hədəfimiz əsl müxalifətin kimlər olduğunu müəyyənləşdirmək deyil. Əsas propblemimiz ölkəni bu vəziyyətdən çıxarmağın yollarını axtarmaqdır. Çünki müxalifət olaraq biz də məsuliyyət daşıyırıq.

Əslində bizim də həmin siyahıda birlikdə oturub, müzakirə aparmaq istəmədiyimiz şəxslər var. Amma bu o demək deyil ki, bütün məsələlərə şəxsi prizmadan yanaşmalıyıq.

Bir məsələni də qeyd etmək istəyirəm ki, parlamentdə təmsil olunan müxalifət partiyalarının da zirvə toplantısına qatılması daha məqsədəuyğun olardı”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da toplantıya qatılmağı düşünür:

“Siyasi güclərin bir araya gəlməsi, hər hansı problemin həllində ortaq mövqe ortaya qoyması çox vacibdir. Partiyaların yalnız qrup maraqları onları ayrı-ayrılıqda fəaliyyət göstərməyə məcbur edir. Amma ümummilli məsələlərdə partiyaların fərdi fəaliyyətinin mənası olmaz. Məsələn, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı partiyaların ayrı-ayrılıqda fəaliyyəti heç nəyə yaramır.

Azərbaycanda müxalifətin bir araya gəlməsi ən çox eks-prezident Əbülfəz Elçibəyin zamanında, Lalə Şövkətin, Etibar Məmmədovun siyasətdə aktiv olduğu zamanlarda başa tutub. Müxalifətin bir araya gəlməsində ən çox təşəbbüs göstərən də mən olmuşam. O zamanlar siyasətçilərin bir araya gəlməsi çox asanlıqla baş verirdi. Lalə Şövkət yeganə insandır ki, öz evində ardıcıl olaraq, siyasi partiyaların toplantısını təşkil edirdi. Elçibəy özü də bir çox toplantıda iştirak edirdi. İndi isə sanki partiya rəhbərləri məsuliyyət hiss etmirlər. Az qala hamısı təkəbbürlə öz bildiyini etməyə, qrup maraqlarına önəm verməyə çalışır”.

Sərdar Cəlaloğlu deyib ki, hazırda da ümummilli məsələlərdə məsuliyyət hiss etməyən rəhbərlər toplantıya qatılmayacaq:

“Vaxtilə Etibar Məmmədov Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi üçün Heydər Əliyevlə əməkdaşlıq etmişdi. Lakin 1993-cü ildən sonra toplantılarda Elçibəy də iştirak edirdi. Bunu ancaq yüksək siyasi mədəniyyəti olan, millətin və xalqın maraqlarını düşünən rəhbər edə bilər.

Şərt deyil ki, bu, müxalifətin toplantısı olsun. Adını dəyişib, “Siyasətçilərin toplantısı” da qoymaq olar. Onda, bəzi şəxsləri real müxalifət olmamaqda ittiham edənlər nə deyəcək?

Düzdür, Azərbaycan müxalifətinin içərisində hakimiyyətin tapşırıqlarını yerinə yetirən adamlar da var. Onlar isə real müxalifət zəif olduqda, düzgün siyasət apara bilmədikdə qalib gəlirlər. İstənilən halda, qeyd etdiyim kimi, ümummilli məsələlər müzakirə obyektidirsə, bir araya gəlmək vacibdir”.

“Müxalifət zirvəsi”nə dəvət olunan Ümid Partiyasının sədri İqbal Ağazadə də toplantıya qatılacaq. İ.Ağazadə vurğulayıb ki, açıqlanan siyahının necə qarşılanmasının onun üçün heç bir əhəmiyyəti yoxdur:

“Ola bilər, siyahıda adı olanların bəzilərini real müxalifət hesab etmirlər. Bunun fərqi yoxdur. Toplantıya kimin dəvət etməsi əsas məsələdir. Bu təşəbbüslə çıxış edən, bizi toplantıya dəvət edən şəxslər siyahıda qeyd edilənləri zirvədə görmək istəyir. Qəribə bir şey yoxdur.

Toplantıya qatılmaq istəməyən partiya rəhbərləri də sağolsun. Onların bu qərarı toplantının təşəbbüsçülərini və onları maraqlandıran məsələdir. Hər halda öz aralarında gərəkli müzakirələri aparacaqlar. Qeyd etdiyim kimi, söhbət konkret məndən gedirsə, iştirak edəcəyəm”.

 

0
PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Büdcəni talayıb xanım direktora mağaza tikdirən icra başçısı-VİDADİ İSAYEV

Sonrakı yazı

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə yad etdi – VİDEO

Sonrakı yazı
Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə yad etdi – VİDEO

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə yad etdi – VİDEO

PUTİNİN ALMAN KƏŞFİYYATINA AİD VƏSİQƏSİ ÜZƏ ÇIXDI – FOTO

PUTİNİN ALMAN KƏŞFİYYATINA AİD VƏSİQƏSİ ÜZƏ ÇIXDI - FOTO

“Paşinyan Qarabağ məsələsində güzəştlərə hazırdır” –Politoloqlar Ermənistandakı seçkilərin regiona mümkün təsirini şərh edirlər

“Paşinyan Qarabağ məsələsində güzəştlərə hazırdır” –Politoloqlar Ermənistandakı seçkilərin regiona mümkün təsirini şərh edirlər

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Qubadlının Yusifbəyli kəndindən VİDEOREPORTAJ

Qubadlının Yusifbəyli kəndindən VİDEOREPORTAJ

2021-02-25
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

2021-02-25
İnsanın həyatını dəyişən KƏLAMLAR

İnsanın həyatını dəyişən KƏLAMLAR

2021-02-25
“Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb!” – “Spiker tamamilə haqlıdır…”

“Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb!” – “Spiker tamamilə haqlıdır…”

2021-02-25
Bərdədə əməliyyat: vəzifəli şəxslər korrupsiyaya görə həbs edildi

Bərdədə əməliyyat: vəzifəli şəxslər korrupsiyaya görə həbs edildi

2021-02-25
Ermənistanda itaətsizlik aksiyası davam edir: Küçələri bağlandı

Ermənistanda itaətsizlik aksiyası davam edir: Küçələri bağlandı

2021-02-25
Azərbaycanda çörəyin qiyməti qalxdı: Bunu kim edir?

Azərbaycanda çörəyin qiyməti qalxdı: Bunu kim edir?

2021-02-25
Bayden Trampın fərmanını ləğv etdi

Bayden Trampın fərmanını ləğv etdi

2021-02-25
İTV polisi sifarişlə tənqid edib?

İTV polisi sifarişlə tənqid edib?

2021-02-25
Abşeron icra başçısının bacısı oğlu həbs edildi

Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok – Faktlar

2021-02-25
Ölkənin avtomobil yollarının vəziyyəti açıqlandı

Ölkənin avtomobil yollarının vəziyyəti açıqlandı

2021-02-25
İlham Əliyev Ərdoğanı təbrik etdi

İlham Əliyev Ərdoğanı təbrik etdi

2021-02-25
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi

DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi

2021-02-25
Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

2021-02-24
Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

2021-02-24
“Müharibənin 3-cü günü Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim – Paşinyan qadağan etdi…” – Şok açıqlama

“Müharibənin 3-cü günü Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim – Paşinyan qadağan etdi…” – Şok açıqlama

2021-02-24
Əsas avtomobil yollarının vəziyyəti haqqında MƏLUMAT

Əsas avtomobil yollarının vəziyyəti haqqında MƏLUMAT

2021-02-24
Veteranlıq statusu kimlərə və necə verilir? – Mühüm arayış

Veteranlıq statusu kimlərə və necə verilir? – Mühüm arayış

2021-02-24
Pərvinin qarda şəkli cəzb etdi – Foto

Pərvinin qarda şəkli cəzb etdi – Foto

2021-02-24
“Relax”da Xocalı günü konsert: deputatdan açıqlama – Foto

“Relax”da Xocalı günü konsert: deputatdan açıqlama – Foto

2021-02-24

Seçmə

  • Bütün
  • SEÇMƏ
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi
Rəsmi

DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi

2021-02-25
Abşeron icra başçısının bacısı oğlu həbs edildi
Kriminal

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

2021-02-24
Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video
SEÇMƏ

Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video

2021-02-23
Ramiz Mehdiyevin dələduzluq işində – Sensasion faktlar
Kriminal

Ramiz Mehdiyevin dələduzluq işində – Sensasion faktlar

2021-02-23
Ramiz Mehdiyevdən AMEA əməkdaşlarının bağ evləri ilə bağlı şok qərar
Cəmiyyət

Ramiz Mehdiyevdən AMEA əməkdaşlarının bağ evləri ilə bağlı şok qərar

2021-02-23
Daha bir Vətən Müharibəsi qazimiz intihar etdi
SEÇMƏ

PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto

2021-02-23
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Qubadlının Yusifbəyli kəndindən VİDEOREPORTAJ

Qubadlının Yusifbəyli kəndindən VİDEOREPORTAJ

2021-02-25
Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

2021-02-25
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.