03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müşfiqi diri-diri Bağırovun divarına hörüblər – Tədqiqatçı alim

20 Noyabr 2018, 12:47
Seçmə, Araşdırma
A A
Müşfiqi diri-diri Bağırovun divarına hörüblər – Tədqiqatçı alim
Tədqiqatçı alim Ədalət Tahirzadə, söz verdiyi kimi, mərhum şair Mikayıl Müşfiqin divarına diri-diri hörüldüyü iddia olunan binanın ünvanını göstərib.
Teleqraf.com xəbər verir ki, həmin ünvan Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırovun yaşadığı, indi isə İncəsənət Muzeyi yerləşən binadır. Müşfiqin həmin binanın zirzəmisinin aşağıdan 3-cü mərtəbəsində divara hörüldüyü deyilir.
Bununla bağlı Ə.Tahirzadənin feysbuk səhifəsində yazdığı qeydləri diqqətə çatdırırıq.
“Mən 31 oktyabrda feysbuk səhifəmdə yazmışdım ki, ciddi bir dövlət qulluqçusundan Mikayıl Müşfiqin bir binanın zirzəmisində diri-diri divara hörüldüyünü eşitmişəm və qoy dövlət orqanları bunu araşdırsın. Bu xəbəri bir sıra saytlar da yaydı və topluma bəlli oldu, ancaq aradan 8 gün keçsə də reaksiya yoxdur.
8 noyabrda isə feysbuk səhifəmdə bunları yazdım:
“Mən bu məlumatı çox ciddi bir dövlət işçisindən 2003-cü ilin aprelində onun kabinetində eşitmişəm. Həmin şəxs Müşfiqin repressiyadan sonrakı həyatını öyrənməyə Azərbaycanda, məncə, ən çox əmək sərf etmiş adamdır. O, sənədlərdə Müşfiqin pəncərəni örtdürməsindən sonra müfəttişin yazdığı raportu və Stalinin büstünün başını şillələdikdən sonra Azərnəşr işçisinin yazdığı raportu şəxsən oxuduğunu deyib. Əlavə etmişdi ki, Müşfiqin meyitinin boynuna tros keçirilib ayağına daş bağlanaraq Nargin adası yaxınlığında dənizə atıldığını düşünürdüm, çünki o, Stalinin büstünün boynuna tros keçiriləcəyini demişdi. Buna görə də mən gəmi kirələdim, dalğıclar tutdum, Müşfiqin meyitinin dənizə atılmasında iştirak etdiyi söylənilən bir tatarı və sonralar Üzeyir bəyin ev muzeyinin direktoru olmuş Ramazan Xəlilovu da özümlə götürdüm. Dalğıclar bir neçə dəfə dənizin dibinə ensələr də nəticəsiz oldu. Əliboş geri qayıdarkən yolda tatar mənə dedi ki, Müşfiqi lazımi yerdə axtarmırsan. O, mənə dedi ki, bildiyimə görə, Müşfiqi şəhərdə məşhur bir binanın zirzəmisinin aşağıdan 3-cü qatında divara diri-diri hörüblər.
Bu əhvalatı mənə söyləyən dövlət işçisi 2003-ün aprelində bildirmişdi ki, mən tatarın dediyi həmin binanın zirzəmisinin o qatında oldum. Çox havasız və kəsif iyli bir yer idi. Ancaq divarda axtarış aparmağa mənim səlahiyyətim çatmırdı, buna görə də işim yarımçıq qaldı…”
Ə.Tahirzadə qeyd edir ki, Müşfiqin divara diri-diri hörülməsi versiyasının doğru olduğu iddiasında deyil: “Bunun gerçək olmamasını ürəkdən arzulayıram, ancaq deyilənin doğru olmaq ehtimalı da var axı! Qoy dövlət orqanları heç bir hay-küyə imkan vermədən bunu yoxlayıb fikir bildirsin. Mənim istədiyim yalnız budur! Danışmaq xatirinə danışmaq, sensasiya dalınca qaçmaq mənə yaraşmaz. Bunu da bildirim ki, birtərəfli şəkildə – yalnız milyarderin dediyi əsas götürülərək, başqa fikirlər qulaq ardına vurularaq Müşfiqin olduğu söylənilən sümüklər üzərində məzar hazırlanacaqsa Mircəfər Bağırov üçün düzəldilmiş yalançı məzardan sonra bu, ikinci o cür məzar olacaq, sonra isə repressiya edilmişlərin Azərbaycandakı saxta məzarları göbələk kimi çoxalacaq, məsuliyyət də dövlətin üzərinə düşəcək. Bunu isə sıradan bir vətəndaş olaraq əsla arzulamıram”.
Əvvəlki yazı

AAAF Park-la sabiq deputat arasında qalmaqal

Sonrakı yazı

Havalar pisləşir: külək, yağış, sulu qar…

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.