Müsavat aksiya təyin etdi

6 Noyabr 2019 - 16:13
105 oxunma

Müsavat Partiyası noyabrın 12-də saat 15.00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirəcək.

Reportyor.info xəbər verir ki, bu barədə Müsavat başqanının müavini Fərəc Kərimli məlumat yayıb.

Bundan əvvəl Müsavat Partiyası mitinq keçirmək üçün BŞİH-yə müraciət edib. Müsavat funskionerləri Gülağa Aslanlı, Razim Əmiraslanov və Elman Quliyev üç yerdən birində, Tofiq Bəhrəmanov adına Respublika Stadionunun önündəki meydanda, “Dərnəgül” metrostansiyasının çıxışındakı meydanda və Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək istədiklərini bildiriblər.

Bu gün partiyanın müraciətinə cavab verilib.

BŞİH Müsavata mitinqi noyabrın 10-u saat 15-17 arasında 5 min nəfərin iştirakı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verib.

Müsavat isə bununla razılaşmayıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"