07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MÜHASİBDƏN NAZİRLƏRƏ MÜRACİƏT -Şirkətlər niyə şəffaf işləyə bilmir?

09 Mart 2018, 17:39
Sosial
A A
MÜHASİBDƏN NAZİRLƏRƏ MÜRACİƏT -Şirkətlər niyə şəffaf işləyə bilmir?

“World Hope International” şikətinin ölkə üzrə direktor müavini və baş mühasibi Elşən Orucov, Vergilər naziri Mikayıl Cabbarova və Əmək və Əhalilin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov Şəffaf Cəmiyyət naminə açıq məktub yazıb. Məktubunu “Marja”ya da göndərən E.Orucov faktlara əsasən qeyd edib ki, tam şəffaf fəaliyyət göstərən xırda bir MMC zərər edir. Səbəb vergi, sosial və digər qanuni ödənişlərin yüksək olmasıdır.

Elşən Orucov məktubunda yazıb:

İlk əvvəl qeyd edim ki, 2 il hazırlıq kurslarının fəaliyyəti istiqamətində MMC təsis edib direktoru olan şəxs və 5 ildən çox müxtəlif şirkətlərdə mühasib kimi təcrübəmə əsaslanaraq bu müraciətimi qələmə almışam.
Cənablar, xidmət sahəsində fəaliyyət göstərən bir MMC-nin tam şəffaf gəlir və xərclərini sizin nəzərinizə çatdırmaq istərdim. Siz özünüz bu gəlir və xərclərə nəzər yetirərək vergi ödəyicilərinin hansı vergi, sosial və digər qanuni ödənişlər ödəyərək ağır şərtlərlə işlədiyini və niyə demək olar ki, 99% vergi ödəyicilərinin işçilərinin sayını az göstərdiyini və gəlirlərini gizlətdiyini mənim nümunəmdə görə bilərsiniz. Buna qarşı sistemli bir tədbirlər görməyinizi xahiş edirəm.
Əgər vergi və digər rüsumlar mövcud bazara uyğun işlənib hazırlanarsa, sizə əminliklə deyirəm ki, vergi, sosial və digər qanuni ödmələrdən bu qədər yayınma halları olmayacaq.

Gəlin şərti olaraq sadələşdirilmiş gəlir vergisi ödəyicisi olan xidmət sahəsində ən azı 3 il fəaliyyət göstərən “X” MMC-nin real gəlir və xərclərinə nəzər yetirək. Nəzərə alsaq ki, fəaliyyət hər hansı bir Biznes Mərkəzində olduğu üçün xadimə xərcləri tələb olunmur.

MMC Hazırlıq kurslarının fəaliyyəti ilə məşğuldur.

-İlkin əmlakın (ofis avadanlıqlarınn) dəyəri 15,000 AZN

-Stabil olaraq orta hesabla bu MMC-nin aylıq 120 tələbəsi olur.

-Orta hesabla hər bir tələbədən 50 AZN olarsa, ayda 6,000 AZN gəlir olur.

MMC-nin 4-ü daimi heyət və 8-i xidmət müqaviləsi olmaqla 12 nəfərdən ibarət işçi heyəti var. Maaşlar xalis əmək haqqı ilə

1.Direktor – 807.97 AZN (Ümumi maaş (950 AZN-173*14%)-108.78 AZN və ya 14% gəlir vergisi, 28.50 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 4.75 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)

Bundan əlavə, direktora görə 209 AZN (950 AZN*22%) sığortaedənin hesabına DSMF ödənişi, 4.75 AZN (950AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.

2.Mühasib – 453.22 AZN (Ümumi maaş (520AZN-173*14%)-48.58 AZN və ya 14% gəlir vergisi, 15.60 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 2.60 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)

Bundan əlavə, mühasibə 114.40 AZN  (520AZN*22%) sığortaeedənin hesabın DSMF ödənişi, 2.60 AZN  (520AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.

3.Ofis inzibatçısı – 358.34 AZN (Ümumi maaş (405AZN-173*14%)-32.48 AZN və ya 14% gəlir vergisi, 12.15 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 2.03AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi)

Bundan əlavə, ofis inzibatçısına görə 89.10 AZN və ya 22% (405AZN*22%) sığortaedənin hesabına DSMF ödənişi, 2.03 AZN (405AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.

4.Marketinq mütəxəssisi – 400 AZN + 200 bonus =609.97 AZN (Ümumi maaş (710AZN-173*14%)-75.18 AZN 14% gəlir vergisi, 21.30 AZN və ya 3% sığortaolunanın hesabına DSMF ödənişi, 3.55 AZN sığortolunanın hesabına işsizlikdən sığorta haqqı ödənişi.

Bundan əlavə, marketinq mütəxəssisinə görə 156.20 AZN (710AZN*22%) sığortaeedənin hesabına DSMF ödənişi, 3.55 AZN (710AZN*0.5%) sığortaedənin hesabına işsizlikdən sığorta haqqı ödənişi.

Müəllimlər Xidmət üqaviləsi ilə işə götürüldüyündən ümumi gəlirlərin 50 %-i onlara ödənilir.

5.İngilis dili müəllimi – 25 tələbə (Gəlir-1250 AZN)

6.İngilis dili müəllimi – 15 tələbə (Gəlir-750 AZN)

7.İngilis dili müəllimi- 15 tələbə (Gəlir-750 AZN)

8.Rus dili müəllimi – 18 tələbə (Gəlir-900 AZN)

9.Rus dili müəlimi – 12 tələbə (Gəlir-600 AZN)

10.Rus dili müəllimi – 10 tələbə (Gəlir-500 AZN)

11.Kompüter müəllimi – 15 tələbə (Gəlir-750 AZN)

12.Kompüter müəllimi – 10 tələbə (Gəlir-500 AZN)

Ümumi Aylıq Gəlirlər = 6,000AZN

Ümumi Aylıq Xərclər = 7,611.63 AZN

Aylıq zərər = -1,611.63 AZN

Aylıq xərclər (siyahı ilə)

-Müəllimlərə xidmət haqqı -3,000 AZN

-İcarə haqqı – 1200 AZN

-İcarəyə görə 14% ÖMV – 168 AZN

-Bu gəlirdən də 4% gəlir vergisi – 240 AZN

-İşçilərə görə illik İcbari tibbi sığorta xərci təxmini və bərabər aylara bölməklə – 10AZN

-Xalis əmək haqqı – 2,229.50 AZN

-Sığortaedənin hesabına 22% DSMF ödənişi – 568.70 AZN

-Sığortaedənin hesabına 0.5% İşsizlikdən sığorta haqqı ödənişi – 12.93 AZN

-İllik Əmlak vergisi bərabər şəkildə aylara bölünməklə təxmini – 12.50 AZN

-Ofis ləvəzimatları xərcləri – 70 AZN

-Digər xərclər – 100 AZN

Tam şəffaf fəaliyyət göstərən xırda bir MMC-nin aylıq 1,843.63 AZN zərərlə işlədiyini görəcəksiniz.

Bu zərəri qarşılamaq və həmçinin gəlir əldə etmək üçün MMC məcbur olur ki, bütün işçilərin maaşlarını olduğundan 4 dəfə aşağı, icarə haqqını 3 dəfə aşağı, tələbələrin sayını 3 dəfə aşağı və digər bütün qanuni ödənişləri dəfələrlə aşağı göstərsin.

Ümid edirəm, məktubum bir çox dairələrdə müzakirə olunaraq nəzərə alınacaq.

Qeyd: Bütün ödənişlər 1 yanvar 2018-ci il mövcud qanunvericiliyə əsasən hazırlanmışdır”.

Əvvəlki yazı

GENERALDAN OĞLUNUN RÖYA İLƏ SEVGİLİ OLMASI XƏBƏRİNƏ REAKSİYA – “Oğlumla danışmışam…”+ FOTOLAR

Sonrakı yazı

Elçibəyin oğlundan Siyavuş Novruzova – Cavab

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.