02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Muğanbank”da 300 min dollarlıq fırıldaq

29 Oktyabr 2019, 11:42
Seçmə, Sosial
A A
“Muğanbank”da 300 min dollarlıq fırıldaq

Ağdam və Zəngilandan olan məcburi köçkünlər ölkə başçısı İlham Əliyevə müraciət edib. “Yeni Sabah” xəbər verir ki, məcburi köçkünlərin müraciətində “Muğanbank” ASC-nin müdhiş kredit fırıldağından bəhs edilir: 

“Cənab prezident, Abbasov Bəxtiyar Abbasqulu oğlu tərəfindən “Zirə-Kəndli Fermer Təsərrüfatı” təsis edilib. Həmin təsərrüfat iri və xırda buynuzlu mal-qaranın saxlanılması, kökəldilməsi ilə məşğul olub. Bəxtiyar Abbasov kredit almaq üçün “Muğanbank” ASC-nin “Dostluq” filialının müdiri Samir Ələkbərova müraciət edib.

Samir Ələkbərov Bəxtiyar Abbasovun qohumudur. Samir Ələkbərovun qardaşı isə həmin dövrdə bankın idarə heyətinin sədri olub. Bəxtiyar Abbasov şəxsi münasibətlərdən faydalanaraq  bank filialından uzun müddətli və aşağı faizli kredit ayrılmasını xahiş edib.

“Muğanbank” təsərrüfata  19 sentyabr 2007-ci il tarixdə F125 saylı kredit müaviləsi ilə 45 min manat, 2007- ci il 26 oktyabr tarixdə  F134 saylı müqaviləsi ilə Babayev Yelmar Qulu oğlunun adına 45 min manat, 05 dekabr 2007-ci il tarixdə F139 saylı müqaviləsi ilə 20 min manat, 15 dekabr 2007-ci il tarixdə  H57 saylı müqavilə ilə 130 min manat kredit ayırıb. 

Samir Ələkbərov Bəxtiyar Abbasovdan 75 min manat alıb ki, gələcəkdə həmin kreditlər birləşdiriləcək və illik 7 faizlə hesablanacaq. Həqiqətən də həmin məbləğlər birləşdirlib və 300 min dollar kreditin verilməsi ilə bağlı təsərrüfatla bank arasında 7 may 2008-ci il tarixdə H 58 saylı kredit müaviləsi hesablanıb.

Müqaviləyə uyğun olaraq  300 min dolların 7 illiyə və 13 faizlə verilməsi rəsmiləşib. Ancaq faktiki olaraq pul təsərrüfatın hesabına köçürülməyib və bununla bağlı heç rəsmi sənəd də yoxdur.

Bankın guya 300 min dollar kreditin təsərrüfata verilməsi ilə bağlı məhkəmə iddiasını 26 dekabr 2018-ci ildə Bakı Apellyiyasiya Məhkəməsi rədd edib təsərrüfatı haqlı çıxardıb.  Ancaq bu qərarı Ali Məhkəmənin Mülki Kollegiyası ləğv edərək işi baxılmaq üçün yenidən Apellyasiya məhkəməsinə göndərib”.

Müraciət müəllifləri deyir ki, qətnamə Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişi ilə ləğv edilib və əsas kimi, bankın nizamnamə kapitalının 50 faizinin “Paşabank”a məxsus olması göstərilib:

“Cənab prezident, “Paşabank” tərəfindən Ramiz Rzayevə bu məsələ ilə bağlı hər hansı bir tapşırıq verilməyib. Bu Ali Məhkəmə sədrinin özbaşınalığıdır. Xahiş edirik, bu məsələni şəxsi nəzarətinizə götürüb, hüquqlarımızın bərpasına yardım edəsiniz”.

Müraciəti Zəngilandan olan məcburi köçkünlər Bəxtiyar Abbasov, Təranə Ərizanova,  Eldar Cəfərquliyev, Ağdamdan olan məcburi köçkün Yelmar Babayev imzalayıb.

“Muğanbank” ASC “Odlar Yurdu” universitetinin retktoru Əhməd Vəliyevin nəzarətindədir. Bankın Müşahidə Şurasının sədri və səhmlərin 63.5 faizinin sahibi Əhməd Vəliyevin kürəkəni Mehdiyev Elmir Maqbet oğludur.

Əhməd Vəliyevin qızı Vəfa Vəliyeva isə səhmlərin 12,05 faizinə, rektorun qudaları Mehdiyev Maqbet Rəhim oğlu  səhmlərin 13.10 faizinə, Mehdiyeva Fəridə Cahandar qızı isə11.35 faizinə sahibdir.

Əvvəlki yazı

Xanhüseyn Kazımlı: “Bir şey deməmişəm axı””

Sonrakı yazı

Kərbəlada oturaq aksiya: 18 ölü

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.