14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müğənnilər nə qədər vergi ödəyir? – Sorğu

20 Noyabr 2019, 10:12
Cəmiyyət, Maqazin
A A
Müğənnilər nə qədər vergi ödəyir? – Sorğu

Son günlər cəmiyyətdə müzakirə olunan məsələrdən biri də müğənnilərin toydan qazandıqları məbləğin qarşılığında ödədikləri verginin az olması ilə bağlıdır. Bu yaxınlarda sözügedən məsələ Milli Məclisdə də müzakirə edilib.

Mövzu ilə bağlı Kult.az-a danışan əməkdar artist Firuzə İbadova 47 il dövlətə vergi ödədiyini deyib:

“2018-ci ilin sonuna qədər 47 il vergi ödəyicisi olmuşam. Amma qazancım heç vaxt böyük olmayıb. “Toylara 10 minə gedənlər var”, deyirlər. Heç bilmirəm onlar kimlərdir. Canlı ifa etmək asan iş deyil. Vergilər Nazirliyi (İndiki İqtisadiyyat Naziriyi) heç maraqlanırmı ki, Firuzə İbadova canını fəda edir, xəstədir. Deyirlərmi ki, bu xəstədirsə, gedib oxumalıdır, dərman pulunu qazanmalıdır? İndi toylar azdır. Qazancımın 4 faizini (rüblük) vergi kimi ödəmişəm. Ötən ilin sonunda toy yoxdur deyə, VÖEN-imi bağlatdırmışam. Soruşmaq lazımdır ki, 5-10 minə toy oxuyanlar bu vaxta qədər yetimxanalara, uşaq evlərinə gedibmi? Amma Firuzə İbadova, eynilə də Cavanşir Məmmədov həmişə xalqın içərisində olub. Mənim 66 yaşım var, çənəm mikrofona dəyir. Mən gəlib onlara vergi ödəməliyəm? 65 yaşına qədər vergimi ödəmişəm. Amma bu dövr ərzində nə 5 min, nə 10 min üzü görmüşəm”.

Müğənni Yaşar Cəlilov 9 ildir vergi ödədiyini bildirib:

“2010-cu ildən vergi ödəyicisiyəm. Hazırda nazirliklə əməkdaşlıq edirəm, bizim aramızda faiz söhbəti yoxdur. Bu barədə qanunda yazılıb. Qazandım-qazanmadım, vergimi ödəyirəm. Qanuni 4 faiz olmalıdır. Partnyorluq edəndə məbləğ təyin olunur. İşlədin-işləmədin, təyin olunmuş qiyməti ödəyirsən”.

Müğənni Nura Suri isə müğənnilərin qazancının müzakirə edilməsini doğru hesab etməyib:

“Heç bir müğənni toylardan 15 min manat qazanmır. 15 min deyəndə həmin pulun içində o müğənni ilə birlikdə çalışan insanların qonorarı da var. İqtisadiyyat naziri Mikayıl Cabbarov incəsənət nümayəndələri üçün vergini dörd faizdən iki faizə endirib. Yəni müğənniyə toydan 2000 manat çatırsa, onun da 2 faizi 40 manat edir. Bu vergini də ödəyirəm. Heç vaxt vergi ödənilməsi ilə bağlı problemim olmayıb”.

Xalq artisti Tünzalə Ağayevanın köməkçisi Yalçın Cabbarov gəlirlərlə bağlı rəqəm açıqlamayıb:

“Tünzalə xanım mütəmadi olaraq vergilərini ödəyir. Bu vaxta qədər onun vergi ödənilməsi ilə bağlı naziriklə hər hansı problemi olmayıb. Tünzalə xanım rüblük 5 faiz vergi ödəyir. Daha dəqiq desək, bu rəqəm ümumi 4 faizdən çox təşkil edir”.

Mənzurə Musayevanın həyat yoldaşı Cavid Məmmədov isə bir toyun qazancının 200-1000 manat arasında dəyişdiyini bildirib:

“Mənzurə xanım davamlı olaraq vergilərini ödəyir. Sadəcə olaraq, Məhərrəm ayında toy olmadığı üçün vergi ödəməmişik. Belə vaxtlarda ya VÖEN ləğv edilir, ya da hesabatda 0 qeyd olunur. Elə toy var ki, pulsuz, elə toy var ki, 200-700 manata, bəzi toylara isə 1000 manata gedirik. Ümumilikdə M.Musayeva rüblük 4 faiz vergi ödəyir. Dövlət büdcəsindən maliyyələşməyən pul qazanan şəxslər – müğənnilər, çəkməçilər, maşın yuyanlar, qaz ustası, təkər dəyişən əslində 2 faiz vergi verməlidir. Amma bizdən 4 faiz vergi alınır”.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev 14 noyabrda Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı zamanı 10-15 min manata toya gedən müğənnilərdən 30 manat sadələşdirilmiş vergi alınmasının ədalətsiz olduğunu deyib.

Əvvəlki yazı

Cəbhədə son durum

Sonrakı yazı

Oqtay Gülaləyev ikinci dəfə əməliyyat olunur

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.