15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MÜĞƏNNİDƏN “BANDOTDEL”ə ŞİKAYƏT EDƏN SPONSORU DANIŞDI – “O Rəşada güvənir…” (Yenilənib)

15 May 2018, 11:02
Cəmiyyət
A A
Müğənni Günay İbrahimli və anasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılmasının təfərrüatı məlum olub. Criminal.az saytı bu gün müğənninin xanım sponsoru Nuriyyə Əhmədovanın G.İbrahimli barəsində ”Bandotdel”ə şikayət etməsi barədə məlumat dərc edib. İş adamı  ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb. Şikayət əsasında G. İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər.
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən Günay İbrahimlinin mətbuat katibi yayılan xəbərlərin həqiqəti əks etdirimədiyini deyib: “Boş söhbətdir, yalandır. Bu xəbərlərin heç bir əsası yoxdur. Günay İbrahimli hazırda Türkiyədədir, özü də bu haqda “instagram”da “story” paylaşıb. Yazılan xəbərlər boş və əsassızdır. Günay özü bu haqda açıqlama verməyəcək”. 
Nuriyyə Əhmədova
Şikayətçi iş adamı Nuriyyə Əhmədova Criminal.az saytına açıqlamasında bildirdi ki, G.İbrahimli ilə bağlı ”Bandotdel”ə şikayət etməsi dəqiqdir. Onun sözlərinə görə, Günayla bağlı Baş Prokurorluğa da şikayət edib və sona kimi mübarizə aparacaq: ”Günayın mənə borcu var və verməlidir. Günay mənə 225 min manat borcludur. Onunla aramızda müqavilə olub. Mən ona pul qoyurdum, pulu geri qaytarmaq zamanında Günay aradan çıxdı, zənglərimə cavab vermədi. Artıq 3 ildir məndən qaçır. Bu işin yüzlərlə şahidi var. Rəhman, Zümrüd Mirzəliyevadan başlayıb bu söhbət. Prodüserlər, anası gəlib ifadə verib. Günayın atası da qızının problemini bilir. Günay, atası, anası və mən notariusda birlikdə müqavilə bağlamışıq. Sadəcə bu pullar rəsmi ödənilməyib. Bir mahnını almaq, ona klip çəkdirmək üçün hissə-hissə pullar ödəmişəm. Bəstəkar İsmayıl Əsədov, Samir, Elşad Xose yaxşı tanıyır məni. Rejissor Ülviyyə Könüllə Günaya klip çəkdirmişəm. Son 3 il yarıma qədər Günaya nə pul xərclənibsə mənim cibimdən gedib”.  
Təranə Səmədova, Nuriyyə Əhmədova və Günay İbrahimli
N.Əhmədova deyir ki, Günaya xərclədiyim pulları ödəmək vaxtı olduğunu deyəndən sonra qaçmağa başladı: ”O vaxtkı produsseri Toma xanımla işləyən vaxtı oturub hesabladıq ki, pulları ödəmək vaxtıdır. Bundan sonra Günay həmin Toma xanımı da ləğv etdi. Hansı prodüser başlayır ki ödəniş etmək lazımdır, Günay onu ləğv edir. Özüm uşaq deyiləm, hüquqşünasam və sonacan gedəcəm. Günay gəlib məni tapıb. Mənim tekstil biznesim var, toy təşkilatçısı olmuşam, amma xeyriyyəçilik etməmişəm. Proyektimiz olub ki, özümüzə aid müğənnimiz olsun, yəni biznes məqsədi olub. Qazanmaq istəmişəm, amma alınmayıb, Günay aradan çıxıb”.
Rəşad və Günay İbrahimli
”Bandotdeldə Günayla üzləşmişəm. Günay təkzib etmir, sadəcə rəqəmlə razılaşmır. Deyir məbləğ o qədər deyil. Necə o qədər deyil? Bir mahnının kliplə birlikdə ərsəyə gəlməsi 20 min manatdır. 5 mahnı elədi 100 min. Məsələn Qala qrupundan Ceyhun Əliyev, hamı bilir ki, mahnının birini 5000 manata verir. Həmin mahnıya klipi də 5 minə çəkdirmişəm. Bu işlərin arxasında özüm getmişəm, iki prodüser olub bu işdə, Günay hara kimi qaçacaq? Günay kimə və nəyə arxalanır? Rəşada arxayındı? Çox nahaq yerə. Rəşada da sözümü demişəm. Rəşad dedi ki, mənlik deyil, sadəcə Günayın dostuyam. Bu gün bilmirəm Günayın nəyidir, amma mənə dediyi söz belə olubdu. Bu gün haqlıyam, haqqımı istəyirəm”. 

***
1526295761_untitled-1

Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər. Bu barədə criminal.az saytına etibarlı mənbədən verilən məlumata görə, artıq müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ”Bandotdel”ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.

Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatları alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.

Onu da bildirək ki, N.Əhmədova məhşur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var.

Əvvəlki yazı

Bir gecədə 2 körpə ölümü: Prokurorluq araşdırmaya başladı – Açıqlama

Sonrakı yazı

Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.