Müğənnidən attestatsız tələbəyə dəstək: “Təhsil haqqını verəcəm”

20 Avqust 2019 - 16:13
475 oxunma

Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.

Gənc müğənni Mehin Hümbətova sosial şəbəkə hesabında Universitetin Tərcümə fakültəsinin fransız dili ixtisasına qəlub olan Orxan Bağızadənin təhsil haqqını ödəməyi öz üzərimə götürmək istədiyini deyib:

“Bu hadisənin yaşandığına görə çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir. Orxanı tanıyan kimsə varsa, xahiş edirəm, mənimlə əlaqələndirin. Onun təhsil haqqını öz üzərimə götürərəm”.

ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı isə Orxana bir semestr boyunca hər ay 100 manat təqaüd ayrıldığını, hər ay pulsuz yemək talonları veriləcəyini və əlavə maddi yardım ediləcəyini bildirib.

Xatırladaq ki, O.Bağızadənin illik təhsil haqqı 1000 manat təşkil edir. (axar.az)

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"