14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MSK sədrinin şərəbçı qardaşı: Taryel Pənahova da “ölü canlar” və saxtalıq ittihamları

02 İyul 2018, 00:30
Manşet
A A
MSK sədrinin şərəbçı qardaşı: Taryel Pənahova da “ölü canlar” və saxtalıq ittihamları

Son illər Azərbaycanda üzüm istehsalının sahəsi 16 min hektara, illik istehsal həcmi isə 153 min tona çatdırılıb. Ancaq bununla belə, üzümçülük Azərbaycan büdcəsinə valyuta axınında ən sonuncu yerləri tutur. Halbuki, bu sahədə ciddi elmi işlər aparılsa, yəni ölkədə istehsal olunan üzüm şəraba çevrilə bilsə, hər il ölkəyə mlyonlarla xarici valyuta axını gələr. Amma cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, bu işə məsul olan, saxlanmasına hər il dövlət büdcəsindən yüz minlərlə manat vəsait ayrılan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti isə ölkədə Prezident İlham Əliyevin prioritet elan etdiyi aqrar sahəninin hazırkı inkişafına uyğun deyil. Əgər belə olmasaydı bu elmi institutun rəhbərliyində təmsil olunan şəxslər bir anlıq da olsa, şəxsi qayğılarından, pul qazanmaq istəklərindən ayrılaraq bir az da elmi işlərlə məşğul olardılar.
Əldə etdiyimiz məlumata görə, 8 şöbə və 4 laboratoriyadan ibarət Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda ciddi maxinasiyalar baş verməkdədir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda qeyd olunur ki, İnstitutun əsas vəzifəsi hər il laboratoriyalarında aparılan elmi tədqiqatlarla daha keyfiyyətli və dadlı şərab növü kəşf etmək olsa da, son illər buna rast gəlinmir. Məhsuldar üzüm sortlarının yetişdirilməsində də ciddi nailiyyət yoxdur, əgər belə olmasaydı bu gün ölkədə üzümçülüklə məşğul olan fermerlər xaricə üzüm tingləri gətirmək üçün üz tutmazdılar. İnstitutun hər iki təcrübə stansiyasında demək olar ki, eyni vəziyyətdir.
Məlumata görə, bu stansiyalarda becərilən üzüm tinglərinin məhsuldarlığı ciddi şübhə altındadır. Çünki burada seleksiyalaşdırma sovetdən qalma üsulla aparılır. Mütəxəssislər isə buna irad bildirdikdə İnstitut rəhbərliyi müasir avadanlıqlar üçün dövlətin onlara vəsait ayırmadığını deyir. Saytımıza verilən məlumata görə, Üzümçülük və Şərabçılıq elmi-tədqiqat İnstitutunun rəhbərliyi bu təşkilata gəlir mənbəyi kimi baxır. Belə ki, İnstitut rəhbərliyinin əsas qazanc mənbəyi hər gün işə gəlib-gedən “ölü canlar”dır. Bu “ölü canlar” əsasən Gəncə və Şamaxı Təcrübə stansiyalarında, Cəlilabad dayaq məntəqəsində, Tinglik və digər şöbələrdədir. Bundan əlavə Üzümün emalı və şərabın texnologiyası şöbəsinin ölkədə spirtli içki istehsalı ilə məşğul olan müəssisələrə sertifikat verilməsi zamanı da ikili standartlarının olduğu bildirilir. Bütün bunların başında isə İnstitut rəhbərliyinin dayandığı deyilir.
Məlumata görə, keçmiş nazir Heydər Əsəsdov dəfələrlə Tariyel Pənahovu İnstitut direktorluğundan uzaqlaşdırmaq istəsə də, müavini İlham Quliyev buna imkan verməyib. Buna səbəb isə Tariyel Pənahovun İlham Quliyevə daha yaxın olmasıdır. Kənd Təsərrüfatı Nazirliyində və eləcə də, Üzümçülük İnstitutunda hamı Tariyel Pənahovu İlham Quliyevin kadrı kimi tanıyır. Eyni zamanda Tariyel Pənahovun Kənd Təsərrüfatı Nazirliyində digər yüksək vəzifəli şəxsləri də unutmadığı deyilir. Hər bayram öncəsi nazirliyin yüksək vəzifəli şəxslərinə göndərilən paketlər və içki sumkası ilə Tariyel Pənahov vəzifəsinin ömrünün uzada bilir. Məsələnin maraqlı tərəfi isə bu sumkalardakı içkilərin xaricdən gətirilməsinə baxmayaraq nazirliyin işçilərinə İnstitutun məhsulu kimi təqdim edilir.
Bildirək ki, İnistitut rəhbəri T.Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. Mövzu ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı maraqlı bir məlumata rast gəldik. Rəsmən təkzib olunmayan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşlarından biri biri Azərbaycanda saxta konyak istehsalı ilə məşğul olur. Bildirilir ki, sözügedən şəxs əvvəllər bu qanunsuz əməli Rusiyada həyata keçirib. Elə bu səbəbdən də həbs edilib. Məhz Məzahir Pənahovun ciddi səyləri nəticəsində həbsdən azad olunaraq Azərbaycana dönən qardaşı saxta konyak istehsalını Azərbaycanda davam etdirib. Məlumata görə, onun istehsal etdiyi konyaklar insan orqanizmi üçün zərərli olan simuş maddəsindən hazırlanır. Bu maddə spirtdən ayrılır və insan orqanizmi üçün zərərli hesab edilir. MSK sədrinin qadaşı həmin maddəyə rəng qataraq konyak hazırlayır. Bu konyaklar Azərbaycanda satılır. Məlumatda Məzahir Pənahovun həmin qardaşının adı açıqlanmayıb. Araşdırmalar nəticəsində bəlli olub ki, Pənahovlar 7 qardaşdır. Qardaşlardan biri Tariyel Pənahovun ixtisası şərabçılıqdı. Elmlər doktoru olan Tariyel Pənahov Mehdiabad qəsəbəsində Şərabçılıq İnstitununun direktor vəzifəsində çalışır. Ehtimal oluna bilər ki, saxta konyak istehsalında ittiham edilən odur”.

Əvvəlki yazı

Sahil Babayevin yeni sisteminin pərdəarxası: Mətin Kərimli yenə milyonları batıracaq?

Sonrakı yazı

Şərqdə yeni müsəlman dövləti qurulur: Türkiyə birləşəcək və Ərdoğan

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.