13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Monopoliyanın baş “dirijor”ı Faiq Seyidovun ilginc dosyesi

06 Mart 2018, 15:23
Manşet
A A
Monopoliyanın baş “dirijor”ı Faiq Seyidovun ilginc dosyesi

Torpaqları düşmən tərəfindən işğal olunan Azərbaycanın generalları, polkovnikləri bir deyil, beş deyil… Bu general və polkovniklərin böyük bir ordusu da gömrükdə cəmləşib.

Karqoya “Stop” qoyan bürokrat

AzEuroNews.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin müxtəlif şöbələrində, strukturlarında generallar, polkovniklər vəzifə daşıyırlar.

Zaman-zaman onların bioqrafiyaları, gömrükdəki fəaliyyəti de-şifrə olunub, bürokratiyanın, inhisarçılığın əsas fiqurlarından biri olduqları dosye şəklində təqdim edilib.

DGK-də bürokratiyanın və monopoliyanın baş “dirijor”larından biri də Gömrük Risklərinin Təhlili və Audit İdarəsi rəisi, gömrük polkovniki Faiq Seyidovdur. Gömrük polkovnikinin adı Azərbaycan KİV-nə az tanışdır.

Amma bu “sehirli” gömrük məmurunun adı Çindən “Sədərək” ticarət mərkəzinə karqo daşıyan sahibkarlara “Stop” qoymaqda keçir.

Bir neçə gün əvvəl bir qrup sahibkar F.Seyidovun prezidentin göstərişlərinə zidd addım ataraq onların mallarını buraxmadıqlarını bildiriblər.

Onların sözlərinə görə, gömrük polkovniki 1 dollar dəyərində olan Çin malları üçün brend markalı məhsulların dəyərində rüsum ödənilməsini tələb edib. Bu isə qeyri-rəsmi tələbdir və rüşvət kimi qiymətləndirilib.

Azərbaycanda fəaliyyət göstərən bütün karqolarda vətəndaşlara məxsus mallara “STOP” əmri verən F.Seyidov seçki ərəfəsində böyük narazılıq yaradıb.

İnvois əməliyyatının sirri

Elektron KİV-də də gedən yazılara görə, Çindən gələn yük Bəndrabasda TIR-lara doldurulur. Yükləri ölkəmizə İran vətəndaşı olan sürücülər gətirməkdədir. Proses bununla bitmir.

Azərbaycana daxil olduqdan sonra karqolarda yükün saxlanılması, yükün məhz TIR-larda olması əlavə xərclər sırasına daxil olur.

Azərbaycan karqolarında günlərdir gözləməsi hər gün azərbaycanlı iş adamlarının yüzminlərlə pul itirməsinə səbəb olur.

Bu prosesin illərdir davam etməsi və yüksək dəyərlərin nəzərə alınmaması sahibkar və iş adamlarını Azərbaycana qoyduqları sərmayənin çıxarmasına aparır.

F.Seyidov da invois sənədlərlə razılaşmır və sahibkarları incidir. Məsələn, invois dəyəri 15 min olan yükə 45 min tələb irəli sürülür.

Ona görə də brend mağazalarda 50 azn dəyərində bir neçə corab, 500-800 azn dəyəri olan ayaqqabılar geyinən şəxslər bu gün rüşvətin və büyük narazılığın toxumunu əkməkdədirlər.

F.Seyidov təkcə bürokatik fəaliyyəti ilə diqqət çəkmir. Onun bioqrafiyasına nəzər yetirdikdə ortaya heyrətamiz faktlar çıxır.

1964-ci il təvəllüdlü gömrük polkovniki 1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun mühasibat-uçotu fakültəsini bitirib. Amma təhsil karyerası bununla yekunlaşmır.

Sən demə, gömrük məmuru 2013-cu ildən Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquqşünaslıq fakültəsini Qırmızı diplomla bitiribmiş.

F.Seyidovun gömrük xidmətindəki iş-gücünü buraxaraq Naxçıvanda dərslərini oxumağa getdiyinə inanmaq üçün əfəl, cahil olmaq lazımdır. Hətta Axundovun “Poçt qutusu”ndakı Novruzəli də bu nağıla inanmaz. Üstəlik, polkovnik təhsilini 5 il əvvəl Qırmızı diplomla bitirib. F.Seyidov isə ilk gömrük məmuru deyil ki, 49-50 yaşında diplom alıb.

Komitə sədrinin müavini Nazim Məmmədov fəaliyyəti dayandırılmış “Təfəkkür” universitetindən yaşlı vaxtında diplom almışdı.

Ona görə də F.Seyidov hansı yolla, necə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquqşünaslıq fakültəsini Qırmızı diplomla bitirdiyi göz qabağındadır.

FHN-nin yubiley medalı niyə verilib?

Onu da deyək ki, 2000-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsində işləmiş F.Seyidov bir il sonra 2006-ci ildən Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və Valyuta Nəzarəti Baş İdarəsində Audit şöbəsinin rəisi vəzifəsində işləyib.

2008-ci ildən bu günə kimi komitədə Gömrük Risklərinin Təhlili və Audit İdrəsinin rəis vəzifəsində çalışır.

Ən maraqlısı budur ki, Fövqəladə Hallar Nazirliyinin 15.12.2010-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Auditlə əlaqəli gömrük polkovnikinə FHN-nin yubiley medalının verilməsi də bir ayrı məzhəkə mövzusudur.

Gömrük generalları və polkovnikləri isə təkcə F.Seyidovla təəccübləndirmir, onların bir çoxlarının maraqlı arayışları var ki, bu haqda növbəti yazılarda tanış olacaqsınız.

Yuxardakı məlumatlarla bağlı gömrük polkovnikinin fikirlərini ətraflı işıqlandırmağa hazırıq.

Əvvəlki yazı

“Regional Hüquqi və İqtisadi Maariflədirmə ”İB Beynəlxalq Qadınlar gününü şəhid ailələri ilə birlikdə tədbir keçirdi

Sonrakı yazı

“ANS”-ə avadanlıqlarını çıxarmağa icazə verilmədi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.