Monika elə pozlar verdi ki… – Fotolar

29 İyul 2019 - 12:16
121 oxunma

 

54 yaşlı kino ulduzu Monika Beluççinin kupalnikdə şəkilləri yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa bu yaxınlarda “Madame Figaro” fransız jurnalı üçün kamera qarşısına keçib. Hovuz kənarında effektli pozalar verən məşhur müsahibəsində şəxsi həyatı barədə müəyyən məqamlara aydınlıq gətirib. O, etiraf edib ki, keçmiş həyat yoldaşı Vensan Kassellə boşanması onu dərindən sarsıdıb:

“Bu, mənim qərarım idi, lakin kimdənsə ayrılmaq o demək deyil ki, onu daha sevmirsən. Bu, o deməkdir ki, daha birlikdə davam edə bilmirsən”.

Bu zamana qədər üzündə heç bir plastik əməliyyat etdirməyən Monika səbəbini belə izah edib:

“Yaş özü ilə bərabər qarşında yeni rollar açır. Qırışlar, gözün ətrafındakı qara halqalar imkan verir ki, ekranda yeni ampluada görünə biləsən. “Hər kəsin bir səbəbi vardır” sözləri devizimdir. Plastik cərrahiyyənin xidmətlərindən istifadə edən insanları mühakimə etmirəm. Nə zamansa üzümü dartdıracağımı bilmirəm. Bəzən belə prosedurların əla nəticələrini görürəm və düşünürəm ki, niyə də yox”.

Xatırladaq ki, Monika Beluççi aktyor Vensan Kassellə 12 il evli olub. Onların bu nikahından 2 qızı var. Vensan Kassel hazırda Tina Kunaki adlı qaradərili gənc modellə evlidir. Onun bu nikahından daha bir qızı var.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"