12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Misir Mərdanov: “Elə icra başçıları var idi ki…”

19 May 2020, 16:18
Gündəm
A A
Misir Mərdanov: “Elə icra başçıları var idi ki…”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri Misir Mərdanov “Demokrat.az” xəbər portalına qısa müsahibə verib.

– Misir müəllim, Azərbaycanda aparılan islahatlar fonunda son aylarda vəzifə başında cinayət törətdiklərinə görə ifşa olunaraq həbs olunan məmurlar barədə nə deyə bilərsiniz?

– Hesab edirəm ki, cənab Prezidentin bu istiqamətdə atdığı addımları təqdirəlayiqdir. Bu addımlar gələcəkdə də davam etdirilməlidir və kim tutduğu vəzifəyə layiq deyilsə, oradan uzaqlaşdırılmalı və yerinə daha bacarıqlı və təmiz insanlar gətirilməlidir. Ölkə başçısının həyata keçirdiyi son islahatlar cəmiyyət tərəfindən də çox müsbət qiymətləndirilir.

– Həbs olunan məmurların əksəriyyəti siz təhsil naziri olduğunuz dövrdə də icra başçı vəzifəsində çalışıblar. Həmin vaxtlar onların qanunsuz hərəkətləri ilə heç qarşılaşmısınızmı?…

– Bəli, nazir işlədiyim dövrdə də görmüşəm, indi də görürəm. Şübhəsiz ki, bunu hamıya aid etmək olmaz. Mən nazir işlədiyim dövrdə elə icra başçıları var idi ki, məktəb direktorlarının və təhsil şöbəsi müdirlərinin fəaliyyətinə müdaxilə edirdilər, müxtəlif əsassız fikirlər irəli sürərək, məktəbləri birbaşa öz təsirləri altında saxlamağa çalışırdılar. Bu isə təhsil sahəsində inkişafa mane olurdu və indi də olmaqdadır.

Bilirsiniz, gərək hər kəs ona tapşırılan işlə məşğul olsun. Hər vəzifənin öz səlahiyyətləri var. Kifayət qədər iş var, ən yaxşı o olar ki, hər kəs ona tapşırılan işlə məşğul olsun. Daha başqasının işinə müdaxilə etməsin.

Mənə elə gəlir ki, atılan son addımlar da bəzi məmurların öz işləri ilə deyil, başqa işlərlə məşğul olmasının nəticəsidir.

Şəhriyarın çox gözəl bir sözü var: “Bizdən irəlidədir avropalılar, işi işbilənə tapşırır onlar”. İndi işi işbilənə tapşırıb, onlardan da işi tələb etmək lazımdır.

– Bu yaxınlarda Mədəniyyət Nazirliyində də yüksək vəzifəli adamlar, o cümlədən nazir müavini həbs edildi. Sizcə, bir nazir bu qədər vaxtda öz müavinin əməllərindən xəbərsiz ola bilərmi?…

– Bu barədə konkret bir söz deyə bilmərəm. Ancaq Mədəniyyət Nazirliyində də hər kəs öz işi ilə doğru-düzgün məşğul olsaydı, o zaman bu işlərin heç biri baş verməzdi. Təəssüf ki, bəzi hallarda yollarını azan, səhv yollara düşən şəxslər olur və bu da cəmiyyətdə belə halların baş verməsi ilə nəticələnir. Mənə elə gəlir ki, hər kəs öz törətdiyi əməllərinə görə gec-tez cavab verir və verməlidir. Ona görə digər vəzifəli adamlara da tövsiyə edirəm ki, onlar öz işləri ilə vicdanla məşğul olsunlar.

– Ölkə başçısı bir neçə ay əvvəl medianın işini tənqid edərək bildirmişdi ki, Azərbaycanda ideologiya sahəsində ciddi boşluqlar mövcuddur. Az sonra bu sahəyə cavabdeh olan Prezidentin keçmiş köməkçisi Əli Həsənov vəzifəsindən azad edildi, onun rəhbərlik etdiyi şöbə isə ləğv olundu. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvlərindən biri olaraq həmin ideoloji boşluqları nədə görürsünüz?

– Bilirsiniz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı partiyaya sınaqdan keçməmiş yad adamı qəbul etmək və onu rəhbər vəzifələrə irəli çəkmək səhv addım idi. Şəxsən mən hesab edirəm ki, bu cür şəxslər hərtərəfli araşdırılmalı, tam sınanmlı və daha sonra irəli çəkilməlidir. Çox təəssüf ki, bəzən təsadüfi adamlar yüksək vəzifələrə və YAP rəhbərliyinə qədər gəlib çıxa bilib. Belə halların olması təəssüfedicidir. Ancaq belə hallar dünya təcrübəsində mövcuddur. Düşünürəm ki, bu cür hallar nə qədər az olsa, o zaman bizim millətin işi daha düzgün qurular.

Şəxsən mənə Yeni Azərbaycan Partiyasının vəsiqəsini Ulu Öndər Heydər Əliyev özü təqdim edib. Bu gün də bu partiyanın və YAP Siyasi Şurasının üzvüyəm. Dəvət edildiyim bütün tədbirlərdə iştirak edirəm…

Əvvəlki yazı

“Bu ölkəni neçə dəfə dağıdıblar” – Fikrət Qoca

Sonrakı yazı

Baş Prokurorluq: Terrorçuluğu maliyyələşdirən həbs edilib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.