14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mir Şahinlə Arif Hacılı qırğına çıxdı – Foto

15 Noyabr 2019, 15:08
Siyasət, Seçmə
A A
Mir Şahinlə Arif Hacılı qırğına çıxdı – Foto

Müsavat Partiyasının sədri Arif Hacılı iki gün keçməsinə baxmayaraq, Almaniyada siyasi mühacir alveri ilə bağlı saxlanılan partiya üzvləri haqda hələ də doğru-dürüst cavab verə bilməyib. 

Axar.az xəbər verir ki, Real TV-nin əməkdaşı Mahir Məmmədli sözügedən məsələ ilə əlaqədar A.Hacılının münasibətini öyrənmək istəsə də, partiya sədri açıqlama verməkdən imtina edib.

O, yalnız M.Məmmədlinin sosial şəbəkələrdəki tənqidi paylaşımından sonra dilə gəlib.

“Mənim deyəcək sözüm var. Sözümü deyirəm də. Amma sizə demirəm. Çünki siz jurnalistika ilə yox, təxribatla məşğulsunuz. Şərə xidmət edirsiniz”, – A.Hacılı yazıb.

Real TV-nin rəhbəri, tanınmış jurnalist Mir Şahin isə A.Hacılının bu cavabına münasibət bildirib:

“Arif, ucuz populizmlə məşğul olma. Özün də bilirsən ki, bu saat səmimi deyilsən, sadəcə publikaya, daha doğrusu, publikana, lap doğrusu, qaragüruha oynayırsan. Biz və ya mən səndən də, təmsil etdiyin qurumun başqa üzvlərindən də lazım bildiyimiz vaxtlarda müsahibə istəmişik və almışıq!

Bu bazar günü sənin eksport-import biznesin də daxil olmaqla, dırnaqarası mühacir məsələsindən danışacam. Cavabın olacaq! Ciddi və yeni faktlarla! Müsahibədən qaçmağın isə məntiqlidir. Mahir də qaçanlardan soruşmağa gəlmişdi!”

A.Hacılı isə cavabında söhbəti başqa məcraya çəkib:

“Bir partiya başqanı ilə “sən” deyə danışmanız etika səviyyənizi, mənim açıqlamalarımdan xəbərsiz olmağınız isə jurnalist olmadığınızı göstərir”.

Mir Şahin cavabı gecikməyib:

“Arif, mən sənə heç vaxt “siz” deyə müraciət etməmişəm. Bir fakültəni bitirmişik, sən də mənə “sən” demisən, yaddaşını silkələ. Hansısa başqan, daşqan, boşqan və s. tipli fonemlər isə səni dəyişmir. Zəif və iradəsiz biri, bədii, siyasi və ictimai məzmun etibarilə zəif kəssən. Belə də olacaqsan həmişə”.

Qeyd edək ki, A.Hacılı ötən gün sosial şəbəkə hesabında Müsavat Partiyasının üzvlərinin Almaniyada siyasi mühacir alveri və saxta sənəd hazırlanması ilə bağlı həbslərini Avropanın miqrantların sayını mümkün qədər azaltmaq siyasəti ilə izah etməyə cəhd göstərmiş və buna görə də sərt reaksiyalarla üzləşmişdi.

Əvvəlki yazı

Deputat: “Bu həbslər Azərbaycan adına ləkədir”

Sonrakı yazı

Qarabağ hansı yollasa həll edilsin, rahat yaşayaq – Manukyan

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.