06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MİLYONLARLA DOLLAR DÖVLƏT MƏMURUNUN QOLUNDA… – Korrupsiyanın ifşası + FOTOLAR

18 Oktyabr 2018, 09:58
Cəmiyyət
A A
MİLYONLARLA DOLLAR DÖVLƏT MƏMURUNUN QOLUNDA… – Korrupsiyanın ifşası + FOTOLAR

Senator Makkeyn niyə  Anar Məmmədovu bir daha onun yanına buraxmamaq barədə göstəriş verib?

Bir neçə gün əvvəl virtualaz.org unikal videoyazı paylaşmışdı. Videodan görünürdü ki, Maliyyə Bazarlarına Nəzarət Palatanın başçısı Rüfət Aslanlı özünün, dəyəri 150 min dollara yaxın olan 10 SN 003 nömrəli göy idman “Porsche”sində idarənin həyətinə necə girir. Özü də bu vaxt onu, xüsusi əhəmiyyətli şəxs kimi, hökumət nömrəli “Range Rover” müşayiət edir. Rüfət Aslanlı öz “sportkar”ından çıxır və dərhal polis ona, sanki generalı qarşılayırmış kimi, hərbi salam verir…

Ümumiyyətlə, bu məmurun marazmatik narsizmə çatan həddən artıq şöhrətpərəstliyi haqda Azərbaycanda çoxdan söz-söhbət gəzirdi. Hələ bir il əvvəl yerli KİV Grand Vin de Bordeux şirkəti tərəfindən xüsusi olaraq Rüfət Aslanlı üçün istehsal edilmiş Maison (Mezonu) fransız şərab butulkası haqda yazı dərc etmişdi. Demə, o, nadir və kolleksiya şərablarının böyük bilicisi imiş. Adını daşıyan şərabın butulkası qraf de Lafer Aslanlıya beş min avrodan az olmayan məbləğə başa gəlmişdi…

1538998319_01

R.Aslanlının hədsiz ambisiyalarını orta əl məmurunun orta əsr aristokratiyasını yamsılayan şəxsi ailə gerbi yaratması da təsdiq edir. R.Aslanlının şərabının etiketini nərdivana dırmaşan gənc şirin təsvir olunduğu həmin gerb bəzəyir.

Rüfət Aslanlının korrursiyaya qurşandığına və cah-calala sevgisinə virtualaz.orq-a məlum olan yeni faktlar da şahidlik edir: internetdə əlçatan bütün rəsmi şəkillərdə bu məmurun qolunda dəyəri milyonlarla dollarla ölçülən bahalı saatlar var.

258134_src

Virtualaz.org- un redaksiyası ekspertlərin köməyi ilə kiçik araşdırma aparıb və aydınlaşdırıb ki, Rüfət Aslanlısının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollarla ölçülür.

CBS telekanalına müsahibələrinin birində məmur kamera qarşısına Parmigiani Fleurier Kalpa-nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxmışdı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə Rüfət Aslanlının qolunda Tourbillon-un 200 min dollar dəyəri olan saatını görmək olar.

Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında Patek Philippe Nautilus-un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Rüfət Aslanlının Vacheron Constantin Perpertual-dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır…

Şübhəsiz, bu gün lüks saatlar onların sahibinin sosial statusunun markeri funksiyasını yerinə yetirir. Bahalı saat bahalı maşın kimi, hakimiyyətin və onun imkanlarının statusunun simvoluna çevrilib. Halbuki mədəni ölkələrdə belə şeylərdən çoxdan imtina ediblər. Bütün bunlar orada zövqsüzlüyün və Allahlıq iddiasının əlaməti hesab edilir.

258135_src

Bu yerdə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə ABŞ-da lobbi fəaliyyətini həyata keçirən oğlu Anar Məmmədovla bağlı bir hadisəni xatırlatmaq yerinə düşərdi. Azərbaycan-Amerika İttifaqı təşkilatının başçısı olaraq, bir dəfə o, əfsanəvi senator Con Makkeynlə görüşməli imiş.

anar

Bu cavan da cah-calala və çox bahalı saatlara sevgisi ilə məşhur idi. Əhəmiyyətli görüşdən əvvəl tanıyan insanlar nazir oğluna məsləhət görüblər ki, öz bahalı saatını çıxarsın və əvəzinə 20-30 dollarlıq adi bir saat taxsın. Məsələ ondadır ki, senator Makkeyn cah-calalın nümayişinin istənilən formalarına ikrahla yanaşırdı.

Amma Anar Məmmədov məsləhətləri, tövsiyələri dinləməyib. Və… uzun sürməyən görüşdən sonra senator “bu məmur oğlunu” bir daha onun yanına buraxmamaq barədə göstəriş verib.

258136_src

Bəli, bahalı saatlar sahibləri ilə qəddar zarafat edə bilərlər. Xüsusilə əgər onların əldə olunmasına xərclənən pulların mənşəyini izah edə bilmirlərsə. Maraqlıdır, Rüfət Aslanlı bunu edə bilərmi?

Çünki ədalətli sual yaranır: orta əl məmurunda milyonlarla dollarlıq saat kolleksiyası haradandır? Özü də ölkənin maliyyə sektorunun böhrandan sonra təzəcə düzəlməyə başladığı bir dönəmdə!

Əvvəlki yazı

DTX-ya YENİ SƏLAHİYYƏTLƏR VERİLDİ – Bir sıra yeni cinayətlərin istintaqını aparacaq

Sonrakı yazı

Vidadi İsayev Heydər Əliyevin tikdirdiyi abidəni fermaya göndərib – Xəyanət

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.