Milli Məclis rəsmən buraxıldı: ölkə seçkiyə gedir…

2 Dekabr 2019 - 15:10
61 oxunma

Milli Məclisin iclasında parlamentin buraxılması ilə bağlı qərar layihəsi oxunub. Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib.

Reportyor.info xəbər verir ki, Milli Məclisin sədr müavini Bahar Muradova “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin qərar layihəsi”ni oxuyub.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 deputat lehinə olmaqla qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 1 deputat isə səsvermədə iştirak etməyib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"