05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkilləri şəhid mayor Anar Novruzovun evini ziyarət edib

02 Avqust 2020, 16:53
Cəmiyyət
A A
Millət vəkilləri şəhid mayor Anar Novruzovun evini ziyarət edib

Millət vəkilləri şəhid mayor Anar Novruzovun evini ziyarət edib. Tovuz və Masallı seçicilərini Milli Məclisdə təmsil edən Millət vəkilləri – Qənirə Paşayeva, Məşhur Məmmədov, Anar İsgəndərov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova, 14 iyulda Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzovun Masallı rayonu Ərkivan qəsəbəsindəki evini ziyarət edib. Millət vəkili Qənirə Paşayeva şəhid mayorun evini ziyarət etməyin, müqəddəs Qurban bayramı günü şəhidin ailə üzvləri ilə bir yerdə olmağı bir mənəvi borc kimi xarakterizə edib, bu ziyarətin şəxsən onunçün unudulmaz olacağını deyib. “Mən hadisələrin ilk günlərindən Tovuzdaydım, şəhid olan hərbçilərimizlə, rəhmətlik Anarla da o həyəcanlı günlərdə tanış olmaq fürsətim oldu. Şəhid olan, yaralanan hərbçilərimizin hər birinin fədakarlığı, vətənpərvərliyi ən yeni dövr hərb tariximizin özünəməxsus səhifəsini təşkil edir. Hadisələrin içində olan, yerli və beynəlxalq reaksiyalarla tanış ola bilmiş və nəhayət, Tovuzdan doğulub, böyümüş bir bacınız olaraq, o günlərdə yaşananların, düşmənin məram-məqsədinin və hərbçilərimizin Tovuzda nəyin uğrunda şəhid olduqlarını dərindən dərk edirəm. Biz ölkə olaraq, çox ciddi bir prosesdən keçdik, ordumuz düşmənə layiqli cavab verdi və məqsədlərini puç etdi. Şəhidlərimizə minnətdarıq, ruhları kimi, onların ailələri, doğmaları da bizimçün həmişə əziz olacaq.” Millət vəkili Məşhur Məmmədov özünün də hadisələr vaxtı Tovuza getdiyini, ordunun, yerli əhalinin ovqatı ilə tanış olduğunu və ordu-xalq, xalq-dövlət birliyinin sarsılmazlığına şəxsən şahidlik etdiyini dedi. O, ötən günlər ərzində Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailəsinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib. Millət vəkilli Anar İsgəndərov şəhidlərimizin fədakarlığının, qəhrəmanlığının tarixi ənənələrə əsaslandığını bildirərək, şəhidlərimizin döyüş yolunun öyrəniləcəyinə, yeniyetmə və gənclər tərəfindən örnək alınacağına inandığını deyib. Əslən Masallıdan olan RHİM İB sədri Arzu Bağırova və şəhidin ailə üzvləri öz ürək sözlərini bölüşüb. Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqətindədir və hər kəs də şəhid ailələrinə münasibətdə ali dövlət rəhbərliyinin münasibətini özünə örnək almalıdır.

Əvvəlki yazı

Azərbaycanda 43 yaşlı qadın müəllim koronavirusdan öldü (FOTO)

Sonrakı yazı

Baş Prokurorluqdan saxlanılan AXCP üzvləri ilə bağlı açıqlama

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.