14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkilinin dəstəyi ilə Tovuz Gənclər Evində möhtəşəm təqdimat

14 May 2019, 21:25
Gündəm
A A
Millət vəkilinin dəstəyi ilə Tovuz Gənclər Evində möhtəşəm təqdimat

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİB) və Tovuz Gənclər Evinin (TGE) təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan TGE direktoru Rauf Rüstəmov iştirakçıları salamlayaraq, rəhbəri olduğun qurumun fəaliyyəti, funksiyaları haqqında bilgi verib. O, bugünkütədbirdə şeirə-sənətə vurğun oxucuların, şeir-sənət dostu müəllimlərin, tələbə-gənclərin, ədəbi yaradıcılığa meyl edən yuxarı sinif şagirdlərinin, habelə rəsmi şəxslərin iştirak etdiyini bildirib. Rauf Rüstəmov vurğulayıb ki, Gənclər və İdman Na­zirliyinin, rayon İcra Hakimiyyətinin, Tovuz seçicilərini Milli Məclisdə təmsil edən Qənirə xanım Paşayevanın ardıcıl dəstək və iştirakı ilə TGE-də belə tədbirlər davamlı olaraq keçirilir.

ABAİB prezidenti, Millət vəkili dos.dr. Qənirə Paşayeva poeziyanın, ümumən ədəbiyyatın cəmiyyətin, özəlliklə gənc nəslin bədii təfəkkürünün və zövqünün formalaşmasında özünə­məxsus rol oynadığını qeyd edib. Sözünə davam edən xanım Paşayeva deyib:“Tovuz Gənclər Evində belə bir tədbirin keçirilməsi həm ədəbiyyata bəslənən duyğuların, söz sənətinə ve­rilən xəlqi və dövləti dəstəyin ifadəsidir, həm də, biləvasitə müəllifin özünə, onun yaradıcılığına münasibətdir. Salonda tək bir boş yerin olmaması, iştirakçıların böyük çoxunun gənclərdən ibarət olması isə məncə daha xoşd və fərqləndiriləcək məqamdır. Çünki özü yeni nəsil yazarlarını təmsil edən müəllif, uzun müddət məhz gənclərlə işləyib, istedadlı gənclərin üzə çıxmasına, onların yaradıcılıq örnəklərinin respublika və ümumtürk miqyasında tanınmasına çalışıb.

Ümumən Əkbər Qoşalı imzası həm bir şair olaraq, həm də bir ictimai xadim olaraq daha çox türk dünyası ilə assosiasiya olunur.Bu da təsadüfi deyil – məhz onun təşəbbüsü ilə qurulan Dünya Gənc Türk Yazarlar Birliyinə (DGTYB) başçılıq etdiyi müddətdə də, bugün də, o qardaş ölkə və topluluqlarda tədbirlər təşkil edir, kitablar nəşr etdirir. Bu planda, Əkbər Qoşalının dəvəti iıə respublikamıza gələn qələm adamlarının, nüfuzlu ədiblərin öz ölkələrinə döndükdən sonra Azərbaycan həqiqətləri barədə yazdıqlarını qədirbilənliklə xatırlatmaq istərdim.

Bilirsiz, ədəbiyyat ideyalı olanda daha təsiredici, daha sirayətedici olur; ədəbiyyatçı öz mə­ram və məqsədini dəqiq biləndə onun qurduğu birlik də cəmiyyətdə, ictimai fikirdə mövqe sahibi olur.

Təsadüfi deyil ki, “Ürək daşı”nın Bakıda böyük təqdimat və imza günü keçirilərkən, “AzərKitab”ın bugünlərdə tərtib etdiyi “II Kitab Festival”ında imza günü təşkil olunarkən və hazırki tədbirdə oxucu marağı açıq-aydın görünür. Belə tədbirlərdə mötəbər insanların, ziyalıların iştirakı xüsusi hörmətə layiqdir. Şadam ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi, Tovuz rayonİcra Hakimiyyəti Başçısının müavini, Tovuz Təhsil şöbəsinin müdiri, Tovuz Gənclər və İdman İdarəsinin rəisi, “Zirvə” Tədris Mərkəzinin direktoru, “ZirvəKitab” layihəsinin rəhbəri və siz bütün dəyərli dostlarbugün burdasız.

Əlbəttə, Əkbər Qoşalı yaraıcılığının məziyyətləri haqqında yazılıb, deyilib, bugünkü tədqdimatda da bu barədə danışılacaq və sizin üçün imzalanacaq “Ürək daşı”ndan da bu barədə öyrənəcəksiz. Ümidvaram, şair öz yeni şeirlərini də sizlərlə bölüşəcək.

Bir daha hər birinizə dəvətimizi qəbul edib, bu tədbirə gəldiyiniz üçün təşəkkür edir, müəllifə isə yeni yaradıcılıq uğurları diləyirəm!”

Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Tovuz Təhsil şöbəsinin müdiri Validə Hüseynova, Aşağı Quşçu qəsəbəsində yaşayan el şairi Nazim Əhmədoğlu çıxış edib, ürək sözlərini bildirib. Çıxışçılar Əkbər Qoşalını bir yaradcı insan, vətənkeş ziyalı kimi xarakterizə edib, onun ədəbi yaradıcılığının ictimai fəaliyyəti ilə üzvi surətdə uzlaşdığını qeyd ediblər.

Şair-publisist Əkbər Qoşalı tədbir təşkilatçılarına, iştirakçılarakönül dolusu təşəkkürünü yetirərək, belə tədbirlərin şərəfli olduğu qədər də, məsuliyyətli olduğunu deyib. O, öz yaradıcılıq yolu, ədəbiyyatın cəmiyyətin inkişafında yeri və rolu, “90-cılar” ədəbi nəslinin yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb, yeni şeirlərini oxuyub və oxucuların çoxsaylı suallarına cavab verib.

Tədbirin gedişində “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov və “ZirvəKitab” layihəsinin rəhbəri, DGTYB Məclis başqanı İntiqam Yaşar tərəfindən Millət vəkili Qənirə Paşayevaya, Gənclər Evinin direktoru Rauf Rüstəmova, Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirova, Tovuz rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə Bayramovaya, Tovuz Təhsil şöbəsinin müdiri Validə Hüseynovaya, Tovuz Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərova yeni nəsil ədəbiyyatının təbliği sahəsində xidmətlərinə görə “Fəxri Fərman” təqdim olunub.

Millət vəkili Qənirə Paşayeva“Ürək daşı”ının müəllifi Əkbər Qoşalıya, həmçinin tədbirin təşkilində və gedişində fəallıq göstərən bir sıra şəxslərə hədiyyələr təqdim edib.

Sonda müəllif oxucular üçün “Ürək daşı” imzalayıb.

Əvvəlki yazı

LAVROVLA POMPEO RAZILAŞDI –ABŞ-Rusiya münasibətləri qaydaya düşəcəkmi?

Sonrakı yazı

AZƏRBAYCANIN QORXULU YUXUSU:Amerika-İran savaşı Cənubu Qafazın geopolitik mənzərəsini laxladacaq – Təhlil

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.