Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib

14 Sentyabr 2018 - 15:35
122 oxunma

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və  İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən möhtəşəm gecədə edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva  Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyərək sözlərimə başlamaq istəyirəm deyib. O, dəvətini qəbul edib bu önəmli tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn əziz dostu,Ənvər Paşanın nəvəsi, Nuru Paşa ailəsinin təmsilçisi, gözəl ziyalı Arzu Ənvərə və ailəsinə təşəkkür edib və onların iştirakı ilə bu tədbirlərin keçirilməsinin xüsusi məna daşıdığını xüsusi vurğulayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki,   Nuru Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türklərinə. Millət vəkili Q.Paşayeva dövlət başçımız İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə 15 sentyabrda Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək  deyib. Azərbaycanın bayramı bütün Türk dünyasının bayramı olmalıdır, sevincimiz də kədərimiz də ortaq olmalıdır deyən millət vəkili Q.Paşayeva Türk dünyası gəncliyini ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb. Millət vəkili Q.Paşayeva həmçinin dəvətini qəbul edərək bu tədbirlədə iştirak etmək üçün Azərbaycana gələn, müstəqilliyik uğrunda mübarizə apardığımız illərdə SSRİ rəhbərliyinin törətdiyi dəhşətli 20 yanvar faciəsi zamanı “Ağla, qərənfil,ağla”  şeirini bəstəliyib ifa edərək bütün Türkiyəyə həqiqətləri çatdıran sənətçi Hasan Sağındığa da təşəkkürünü bildirib və milli duyarlılığı yüksək sənətçilərin çoxalması Türk dünyası üçün çox önəmlidir deyib. Tədbirlərdə Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi Arzu Eroğan da  çıxış edərək “məni bu tədbirlərə dəvət edən dostum Qənirə Paşayevaya minnətdaram, çünki Azərbaycan bizim üçün Vətəndir və burada hər zaman, o cümlədən bu önəmli tarixlərdə olmaqdan, tədbirlərdə iştirak etməkdən qürur duyuram və çox xoşbəxtəm” deyib. Arzu xanım ailəsi adından təşkilatçılara, özəlliklə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib və inanıram ki, Ənvər Paşanın, Nuru Paşanın ruhu şaddır və Azərbaycan hər zaman daha da inkişaf etdikcə şad olacaqdır deyib və Azərbaycanı çox sevdiyini xüsusi vurğulayıb.

 

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"