27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Q.Paşayeva bu gün MM-də bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

12 Fevral 2019, 21:20
Cəmiyyət
A A
Millət vəkili Q.Paşayeva bu gün MM-də bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərək “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ni dəstəklədiyini dedi və bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı olan bir millət vəkili olaraq bir neçə məsələlərə toxunmaq istədiyini bildirdi: “İllik məruzədə qeyd edilir ki, mədən vergi ödəyicilərinin, mehmanxana, sanatoriya, kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına yol verilir. Bu isə bələdiyyə orqanlarının maliyyələşməsinə öz ciddi təsirini göstərir. Yerli özünü idarəetmə orqanlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu sahəyə diqqət yetirilməlidir. Sənəddə vurğulandığı kimi, qanunla nəzarət mexanizminin yaradılması və bu ödənişin müəyyən edilməsi və hesablanması qaydasının təkmilləşməsinə ciddi ehtiyac var və hesab edirəm ki, bu məsələ ilə bağlı müvafiq komitələrdə və Milli Məclisdə müzakirəyə çıxarılaraq bələdiyyələrin büdcə gəlirlərinə öz müsbət təsirini göstərə bilən mexanizmlərin və qaydaların yaradılması vacibdir. Məruzədən də göründüyü kimi, bələdiyyələrimizdə təşəbbüskarlıq və peşəkar kadrlar məsələsi kimi ciddi problemlər vardır. Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları verilib. Lakin məruzədən görürük ki, bu müddət ərzində bələdiyyələr yalnız 50-yə yaxın kommersiya qurumu yarada bilib, onların da əksəriyyəti fəaliyyət göstərmir, bəzilərindən isə bələdiyyələrin büdcəsinə mənfəət daxil olmur. Bəziləri bu fəaliyyətdən yararlansa da, nəticə etibarı ilə bələdiyyələrin büdcəsində özünü göstərmir. Ona görə Ədliyyə Nazirliyinin keçirdiyi treninqlərdə bələdiyyə sədrləri və üzvləri daha çox bu istiqamətdə məlumatlandırılmalıdırlar. Dövlətimizin bələdiyyələr üçün yaratdığı imkanlardan istifadə etmələrinə ehtiyac var. Məruzədə qeyd edilir ki, bələdiyyələr bir sıra sosial-iqtisadi problemlərin həllində iştirak edirlər, lakin bu barədə ictimaiyyətə geniş şəkildə məlumatlar verilmir. Bütün KİV və jurnalistləri yaxşı və pis fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətini işıqlandırmağa çağırırıq. Lakin bu məsələdə bələdiyyələrin özləri də fəal olmalıdır. Bələdiyyələrin öz saytları fəal olmalıdır, Bələdiyyələrin Milli Assosiasiyası fəallıq göstərərək dövlət büdcəsindən maliyyələşən telekanallarda bələdiyyələrin fəaliyyət ilə bağlı həftədə bir verilişin keçirilməsinə nail olması mümkündür”.

Millət vəkili Q.Paşayeva qeyd edib ki, bələdiyyələr sosial şəbəkələrdə çox zəifdirlər və bu da onların işlərinin cəmiyyətə çatdırılmasına öz təsirini göstərir: “Qardaş Türkiyədə hər bir bələdiyyənin və bələdiyyə sədrinin, sosial şəbəkələrdə, misal üçün “Facebook” və “twitter”də səhifələri var. Bunun üçün hər hansı əlavə vəsait lazım deyil, ancaq bələdiyyələr üçün cəmiyyətə lazımı məlumatların ötürülməsində önəmli platformadır. Ona görə də bizim bələdiyyələr sosial şəbəkələrdə fəallıqlarını artırmalıdırlar.”

Qəbiristanlıqların saxlanması, istifadəsi və s. ilə bağlı səlahiyyətlərin bələdiyyələrə verilməsi barədə qanuna dəyişikliklərin 2017-ci ilin sonunda edilməsinə baxmayaraq, hələ də bu istiqamətdə məsələlərin tam başa çatmadğını deyən millət vəkili Q.Paşayeva bu işlərin sürətlənməsinin vacib olduğunu qeyd edib.

Tovuzda seçiciləri və şəhid ailələri ilə görüşdən qayıtdığını deyən millət vəkili Q.Paşayeva ” Tovuzda şəhid ailələri ilə keçirdiyim görüşdə şəhid ailələrinin cənab Prezidentə öz təşəkkürlərini çatdırmaqlarını, hər zaman Ali Baş Komandanın arxasında olduqlarını bildirmələrini xahiş etdiklərini diqqətə çatdırmaq istərdim,” – deyib.

Əvvəlki yazı

“Celentano Tribute Show” Bakıya sürprizlə gəlir

Sonrakı yazı

Mən Azərbaycan mediasına daim böyük dəstək göstərmişəm– Prezident

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.