10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Millət vəkili Q.Paşayeva AŞPA-da qaçqınlardan danışıb və Avropanı onların taleyinə laqeyid yanaşmamağa çağırıb

27 İyun 2018, 00:23
Seçmə
A A
Millət vəkili Q.Paşayeva AŞPA-da qaçqınlardan danışıb və Avropanı onların taleyinə laqeyid yanaşmamağa çağırıb

Bu gün AŞPA-da “Suriya ilə qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q.Paşayeva çıxış edib və Avropaya çağırış edib:
“Suriya Qaçqınlar Böhranının bir çox aspektləri vardır və burada qaçqınlarla bağlı böyük bir humanitar faciə mövcuddur. Vətəndaş müharibəsi dövründə Suriyanı 6 milyon insan tərk edərək qaçqın düşmüşdür. Bu qaçqınların təxminən 85 faizi qonşu ölkələrdə yerləşmişdir. Xüsusilə Türkiyə bu humanitar böhranın ən ağır yükünü öz üzərinə götürmüşdür. Türkiyə, təxminən dörd milyon Suriyalı qaçqına sığınacaq vermişdir. Bir ölkədə olan bu qaçqın sayı bütün digər qaçqın böhranı vəziyyətləri arasında ən böyüyüdür. Türkiyədən sonra ən çox qaçqın Livanda yerləşmişdir ki, orada da qaçqınların sayı bir milyon ətrafındadır. İordaniya da altı yüz əlli mindən çox (650.000) qaçqını yerləşmişdir. Mən həmin ölkələrin hamısında olmuşam və Suriyadan olan qaçqınlarla görüşmüşəm, onların yaşadığı sığınacaqlara baş çəkmişəm. Ən çox köçkünü qəbul edən üzv ölkəmiz Türkiyə başda olmaqla həmin ölkələrə qaçqınlara dəstəklərindən dolayı təşəkkürümü bildirmək istəyirəm”.
Ermənistanın torpaqlarımızı işğalı nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü deyən və bu barədə məlumatlar verən millət vəkili Q.Paşayeva Avropanı insanları öz evlərindən köçkün salan səbəblərə qarşı sərt müarizəyə səsləyib:
“Ermənistanın torpaqlarımızı işğal etməsi səbəbindən 1 milyon insanı köçkün düşmüş bir ölkənin və millətin təmsilçisi olaraq yüzminlərlə qaçqına qısa zamanda yüksək səviyyədə dəstək göstərməyin nə qədər çətin olduğunu çox yaxşı bilirəm. Ona görə də Avropa ölkələri, biz hamımız üzv ölkəmiz Türkiyə başda olmaqla bu ölkələrə təşəkkür etməli və daha da çox dəstək göstərməliyik”
Millət vəkili Q.Paşayeva Avropanın köçkünlər siyasətini də kəsin tənqid edib və çağırış səsləndirib:
” Yaxın Şərqə qonşu olan, Avropanın sərhəd qapısı Türkiyə, Livan və İordaniya ilə birlikdə, Avropaya köçmək istəyən beş milyondan çox qaçqını dayandırmış və onlara sığınacaq vermişdir. Əslində bu paylaşılası bir yükdür. Buna baxmayaraq, Avropa ölkələri paylarına düşən yükü hələ də öz üzərinə götürməyiblər və bu ölkələrə kifayət qədər dəstək verməyiblər.Hazırda, Türkiyədə qeyri-adi bir vəziyyətdir. Çoxlu sayda qaçqın problemi ilə məşğul olmaqla yanaşı, Türkiyə onlara münasib bir şərait yaratmaq üçün çox çalışır. Hökumət, qaçqınların sağlamlığı, təhsili və digər müvafiq xidmətlər də daxil olmaqla, qaçqınların qorunması və əsas ehtiyaclarını təmin edir. Bir çox Avropa ölkələrində qaçqınların, xüsusilə də Suriyalı qaçqınların vəziyyətinin Avropa Şurasının standartları və dəyərləri baxımından gözləntilərə cavab verməməsi bizi dəhşətə gətirir. Bir sıra Avropa ölkələrində Suriyalı qaçqınların vəziyyəti inteqrasiya problemlərinə həll tapmaq və qaçqınların əsas insan hüquqlarına riayət etmək baxımından bir çox çatışmazlıqlara məruz qalır. Sonda qeyd etmək istərdik ki, Suriyaya qonşu olan ölkələrdəki qaçqınların humanitar vəziyyəti vacib bir məsələdir və bu birlikdəhəll edilməlidir, belə ki, bu Avropanın təhlükəsizliyi və mühafizəsi üçün müəyyən problemlər yaradır. Və sonda. Görüşdüyüm Suriyalı köçkünlər sizi, Avropa ölkələrini onları köçkün salan səbəblərə qarşı daha sərt mübarizəyə və ölkələrinizin qapılarını onların üzünə bağlamamağa çağırırdı. Onlar sizdən daha çox dəstək gözləyir”.

Əvvəlki yazı

AŞPA AZƏRBAYCANA SİYASİ MƏHBUS ÜZRƏ MƏRUZƏÇİ TƏYİN ETDİ – İslandiyalı deputatı

Sonrakı yazı

“Günaybank”da 100 milyonu ələ keçirilən vəzifə sahiblərinin adları bilindi – DOSYE

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.