Metroda inanılmaz sıxlıq yaşanır: qatarlar niyə gecikir?

13 Noyabr 2019 - 09:35
49 oxunma

Səhər saatlarından metroda müşahidə edilən sıxlıq və qatarların bir neçə dəqiqə gecikməsi sərnişin axınının çox olması ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu gün metroda yaşanan sıxlığın səbəbləri barədə danışarkən deyib.

B.Məmmədov bildirib ki, heç bir stansiya və qatarda texniki nasazlıq baş verməyib:

“Səhər saatlarından metroda sərnişin sıxlığı müşahidə edilir. Xüsusilə metronun “Koroğlu”, “Neftçilər” stansiyasındakı sıxlıq qatarların ləngiməsinə səbəb olur. Bəzi stansiyalara qatar müəyyən gecikmələrlə çatır. Qatarlar gecikdikdə isə təbii ki, sıxlıq da artır”.

Xatırladaq ki, bu gün səhər saatlarından metroda ciddi sıxlıq və qatarların gecikməsi müşahidə olunur. Bəzi stansiyalarda qatarlar arasında interval 10 dəqiqəyə qalxıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"