“Mehriban Əliyevaya yazacam, pul ver, işimi həll edim” – VIDEO

26 İyun 2018 - 11:36
167 oxunma

63 yaşından pensiya almalı olan Yusif Məmmədov yalnız 67 yaşında buna nail olub. O, 2 aydır pensiya alır. Yerdə qalan 3 ilinin pensiyasını almaq üçün məhkəməyə qədər getsə də, hələ ki, buna nail ola bilməyib. Ona əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyilib ki, yığılıb qalan pensiyası 7000 manatdır, daha sonra bu rəqəm 4000 min manata düşüb.
1 saylı Bakı İnzibati- İqtisadi Məhkəmə və Bakı Apellyasiya Məhkəməsi Yusif Məmmədovun xeyrinə qərar çıxarıb. Qərara görə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi 2015-ci ildən yığılıb qalan pensiyanı təqaüdçüyə ödəməlidir. Qərar qüvvəyə minsə də, icrası ləngiyir. Yusif Məmmədov qərarın icrası üçün ondan rüşvət istənildiyin iddia edir.
2018-ci il üçün yaşa görə əmək pensiyasının orta aylıq məbləği 244 manatdır. Nazirlikdən Yusif Məmmədova bildiriblər ki, ona 139 manat pensiya verəcəklər. O, bu məbləğlə razılaşmır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov sorğumuza cavab olaraq bildirib ki, şikayətçiyə “Əmək pensiyası haqqında” Qanuna uyğun olaraq pensiya təyin olunub.
Əvvəlki illərdən qalma pensiya da hissə-hissə ödənilir. Mətbuat katibi yaxın zamanda pensiyanın qalan hissəsinin tam şəkildə ödəniləcəyini bildirib.
Təqaüdçü isə yığılıb qalan pulunu gözləyir ki, alıb xəstəliklərini müalicə elətdirsin.

Reportyor.info

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"