08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mehriban Əliyeva: “Azərbaycan və Türkiyə arasında əlaqələr gündən-günə möhkəmlənir”

15 Mart 2018, 18:42
Cəmiyyət
A A
Mehriban Əliyeva: “Azərbaycan və Türkiyə arasında əlaqələr gündən-günə möhkəmlənir”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Türkiyənin Baş naziri Binali Yıldırıma Bakı Forumunda məzmunlu çıxışına görə minnətdarlıq edən Azərbaycanın Birinci vitse-prezidenti ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəvi olduğunu, Azərbaycanda bu münasibətlərə böyük hörmətlə yanaşıldığını bildirib.

Azərbaycan və Türkiyənin bir-birini beynəlxalq qurumlarda dəstəklədiyini qeyd edən Mehriban Əliyeva Azərbaycan xalqının və dövlətinin bu dəstəyi hər zaman duyduğunu və yüksək qiymətləndirdiyini vurğulayıb. Birinci vitse-prezident hər iki ölkənin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihələrin həm region, həm də Avropa üçün önəmini diqqətə çatdırıb. Bildirib ki, bu layihələrin uğurunun təməlində dostluq və qardaşlıq münasibətləri dayanır. “Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələr qurulub. Bu əlaqələr gündən-günə möhkəmlənir”, – deyən Mehriban Əliyeva qeyd edib ki, birgə fəaliyyətimiz gələcəkdə də öz bəhrəsini verəcək. Azərbaycanın Birinci vitse-prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ölkəmizin ədalətli mövqeyini müdafiə etməsinə və dünya ictimaiyyətinə çatdırmasına görə minnətdarlığını bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tezliklə həll olunacağına əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinə heç nəyin xələl gətirə bilməyəcəyini vurğulayıb.

Türkiyənin Baş naziri VI Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək Azərbaycanın Türkiyə üçün qardaş və dost ölkə olduğunu bildirib. “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, – deyən Binali Yıldırım qardaşlıq münasibətlərinin ildən-ilə daha da möhkəmləndiyini vurğulayıb. Bildirib ki, reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələri həm iqtisadi gücümüzü artırır, həm də ölkələrin bir-birinə yaxınlaşmasına xidmət edir. Binali Yıldırım qarşılıqlı sərmayə qoyuluşlarının önəmini vurğulayıb, iş adamlarının fəaliyyətini yüksək qiymətləndirib. Türkiyənin Baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini bütün beynəlxalq qurumlarda hər zaman dəstəkləyəcəklərini söyləyib.

Əvvəlki yazı

Qənirə Paşayevanın Ərzurumda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib

Sonrakı yazı

DTX-nın həbs etdiyi orqan alverçisi kimin qardaşıdır?

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.