Təhsil eksperti Etibar Əliyev “Facebookda”da paylaşdığı növbəti statusunda ölkə ziyalılarını tənqid edib
Ekspert yazır: “Prezident İlham Əliyev Mehman Hüseynovun işinin obyektiv araşdırılması barədə müvafiq orqanlara tapşırıq verdi. Bu çox yaxşı haldır. Ancaq “Mehman işi” onu göstərdi ki, ölkədə həqiqətən ziyalı yoxdur. Mehmanın əvəzinə Prezidentə yazıçılar, alimlər müraciət etməli idilər. Ən azında bir gəncin taleyi həll olunurdu. Bizim ziyalılar müraciət etməkdən belə çəkinirlər. Anara, Elçinə, ljepatriot Çingiz Abdullayevə, böyük şair Ramiz Rövşənə, alimlərimizə məsləhət görürəm ki, ötən əsrin əvvəllərinfə Fransada baş vermiş “Dreyfus işini” oxusunlar”.