Media azadlığına görə 140 ölkə arasında 133-cü yerdəyik

18 Oktyabr 2018 - 23:17
57 oxunma

Dünya İqtisadi Forumu: Azərbaycan “qlobal rəqabətqabiliyyətlilik” indeksində geriləyib

Rövşən Ağayev

Dünya İqtisadi Forumunun “qlobal rəqabətqabiliyyətlilik” indeksi rəsmi təbliğatda geniş istifadə edilən beynəlxalq reytinqlərdən biridir.
Səbəb odur ki, bu reytinq ölkədə iqtisadi inkişafı keyfiyyət yönündən daha çox kəmiyyətcə qiymətləndirmələrinə əsaslanıb. Nəticədə isə, məsələn, nəhəng neft gəlirləri hesabına keyfiyyətcə inkişaf deyil, kəmiyyətcə böyümə Azərbaycanı reytinqdə cəlbedici yerlərə çıxarıb və bu da rəsmi təbliğatın işinə yarayıb.

Yaxud biznesin qediyyatı nə qədər qısalıbsa reytinq o qədər yaxşılaşıb, amma cəmi bir neçə saata qeydiyyat səhadətnaməsi almış sahibkarın sonra hansı boğucu vergi-investisiya mühitində boğulacağını bu indeks görə bilməyib.
Amma bir məsələni də ədalət naminə qeyd etmək lazımdır: indeks 12 bölmə və 93 göstərici üzrə qiymətləndirmə aparır. Həmin göstəricilərin heç də hamısında vəziyyətimiz “güllük-çiçəklik” olmur. Sadəcə kimə hansı yandan sərfəlidirsə, həmin tərəfləri qabardır.
Forum 2018-ci il üçün yeni reytunqini açıqlayıb. Bu dəfə Azərbaycan ötən ilə nisbətən 4 pillə geriləyib və 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Təhlil və analizlərimdə bu hesabata etibar edib istinad etməsəm də, yeni hesabatda Azərbaycanın kifayət qədər zəif mövqedə olduğu, əsas göstəricilərə diqqət yetirmək lazımdır.

Media azadlığına görə 133-cü yer – (140 ölkədən)
İnfyasiya səviyyəsinə görə – 128-ci yer
Sosial kapitala görə – 123-cü yer
Fond bazarının kapitalizasiya səviyyəsinə görə – 119-cu yer
Qeyri-işlək kreditlərin səviyyəsinə görə – 118-ci yer
Büdcə şəffaflığına görə – 116-cı yer
Borclanma dinamikasına görə – 111-ci yer
Elmi məqalələrə görə – 108-ci yer
Əmək haqqı vergisinə görə – 106-cı yer
Korrupsiyanın səviyyəsinə görə – 102-ci yer
Özəl sektorun kreditləşmə səviyyəsinə görə – 99-cu yer
Sağlam həyata yaşaya bilmə müddətinə görə – 90-cı yer
Elmi xərclərin səviyyəsinə görə – 90-cı yer
Yollarla əhatə səviyyəsinə görə – 89-cu yer
Audit və hesabatlılıq standartlarına görə – 88-ci yer
Məktəb həyatının gözlənilən davametmə müddəti – 88-ci yer
Genişzolaqlı mobil əlaqə səviyyəsinə görə – 88-ci yer görə
Patentlərə görə – 87-ci yer
Araşdırma institutlarının keyfiyyətinə görə – 86-cı yer
Hava limanlarının mövcudluğuna görə – 79-cu yer

İndekslə bağlı yazanda hərtərəfli yazmaq gərəkdi.

Yazı müəllifin Facebook profilindən götürülüb.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"