MDB-de en asagi orta ayliq emek haqqi Azerbaycandadir

20 May 2019 - 12:48
179 oxunma

“MDB Statistika Komitəsinin məlumatına görə, 2005-ci ildə Ermənistanda orta aylıq nominal əmək haqqı 114 dollar təşkil edib, bu ilin aprelin 1-ə həmin göstərici 364 dollara qalxıb, yəni son 15 ildə ermənilərin maaşları orta hesabla 250 dollar artıb. Azərbaycanda 2005-ci ildə orta aylıq əmək haqqı 131 dollar idisə, hazırda 338 dollar təşkil edir. Bu o deməkdir ki, müqayisə olunan dövr ərzində Azərbaycanlılıarın orta aylıq nominal əmək haqqı 207 dollar artıb, yəni son 15 ildə orta erməni hər bir azərbaycanlıdan 43 dollar çox qazanıb”. 
”Reportyor.info”xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib:

“Diqqət edin, heç bir resursu olmayan Ermənistanda orta aylıq əmək haqqının artımı neft-qaz bumunu yaşayan Azərbaycanla müqayisədə 43 dollar yüksək olub. Bu bir daha göstərir ki, Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə görə vətəndaşlar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanırlar.

Müqayisə üçün qeyd edim ki, aprelin 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 338 dollar, Ermənistanda 364 dollar, Ukraynada 390, Gürcüstanda 398 dollar, Qazaxıstanda 444, Belarusda 471 dollar, Rusiyada 695 dollardır”.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"